Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil qəfildən alışdı - VİDEO - FOTO

Avtomobil qəfildən alışdı - VİDEO - FOTO

Date: 2 November 2016 19:05

Bu gün günorta saatlarında Şəkidə avtomobil yanıb.

ARB Şəki xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

Balakən rayon sakini, 27 yaşlı Musayev Amil Şahin oğluna məxsus "Mercedes" markalı avtomobil, dayandığı yerdə, mühərrikdə baş verən qısa qapanma nəticəsində qəfildən alışıb. Alovun söndürülməsinə ilkin olaraq mülki vətəndaşlar müdaxilə ediblər.

Daha sonra əraziyə Şəki dövlət yanğından mühafizə xidmətinin bir texnikası və canlı qüvvəsi cəlb olunub. Avtomobilin mühərrik hissəsi tamamilə istifadəyə yararsız vəziyyətə düşsə də, bütünlüklə yanmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az







Tags:  Avtomobil qəfildən alışdı VİDEO FOTO

RƏYLƏR


Top news