Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq"

"İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq"

Suriya BMT-dən üz döndərdi (20 Mart 2017 03:18)
İran rəsmi olaraq Suriyada atəşkəsin təminatçısı statusu alıb (15 Mart 2017 18:32)
Suriya müxalifəti Astanaya gəlmir (13 Mart 2017 18:32)

Tarix: 2 Noyabr 2016 19:05

İranın ali lideri Ayətullah Əli Xameneyi Suriya böhranı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hər hansı danışığın mümkün olmadığını bəyan edib.

Trend-in məlumatına görə, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü ərəfəsində tələbələr qarşısında çıxış edən Xameneyi Birləşmiş Ştatların xüsusilə nüvə sazişindən sonra etibarsız tərəfdaş olduğunu deyib.

Suriya böhranı ilə bağlı danışan Ə.Xameneyi ABŞ-la danışıqların regionda daha çox problemlərə səbəb olacağını ifadə edib.

Xameneyi deyib: "ABŞ-ın məqsədi İranın inkişafının qarşısını almaqdır. Onlarla danışıqlar bölgədə problemi həll etməyəcək, əksinə yenilərini yaradacaq".

Milli.Az


Teqlər:  İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq



RƏYLƏR


Top xəbərlər