Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aleksis Sançezə qarşı vergidən yayınmaq ittihamı

Aleksis Sançezə qarşı vergidən yayınmaq ittihamı

Date: 2 November 2016 19:42

"Arsenal"ın hücumçusu Aleksis Sançez 2012-13-cü il periodunda vergidən yayınma ittihamı ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu  983, 400 avro həcmində vergini ödəməyib. Sançez 2012-ci ildə "Barselona"da çıxış edərkən "Numidia" şirkətinin adı və imicindən istifadə hüququna yiyələnsə də, çilili forvard bunun üçün təyin olunmuş vergidən yayınıb.

Eyni zamanda, Aleksis "Numidia"da 99% paya sahib olub, amma maliyyə hesabatı təqdim etməyib. Beləliklə, futbolçu 2 qanun pozuntusuna görə cəzalana bilər. 

Milli.Az


Tags:  Aleksis Sançezə qarşı vergidən yayınmaq ittihamı

RƏYLƏR


Top news