İran-Türkiyə müharibəsi mümkündürmü?

İran-Türkiyə müharibəsi mümkündürmü?
19:59 2 Noyabr 2016
113 Digər
Ölkə mətbuatı
A- A+

Bügünkü “Manşet”də politoloq Sədrəddin Soltan İran-Türkiyə münasibətləri, həmçinin İran parlamentində yaradılmış Türk fraksiyası mövzusu ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.

 

Sədrəddin Soltan- politoloq

Mövzu: İran - Türkiyə: müharibə ehtimalı varmı?

 

- İraq parçalanır və hərə öz payını götürmək istəyir. Türkiyə öz soydaşlarını soyqırıma məruz qalmaqdan qorumağa borcludur. İraqda qırılanların məsuliyyətini heç kim daşımır, türkmənlərin soyqırımının qarşısını Türkiyə almalıdır, çünki soy birliyi var. Türkiyənin İraq sərhəddinə qoşun yığması cəhdləri bununla bağlıdır. 

 

- Bu bölgədə 4 dövlətin - Suriyanın, İraqın, İranın və Türkiyənin ərazi bütövlüyü məsələsi var. Suriya və İraqın dövlətçilik dayağı yoxdur. Maraqlı qüvvələr bu bölgədə xəritəni cızıb yeni dövlət yaratmaq istəyir.   

 

- İran dünyanın açıq sistemli dövlətlərindən deyil, Türkiyə isə dünyəvi, demokratik dövlətdir. Bu baxımdan, terrorla mübarizədə fərqli nəticələr görürük. Türkiyə 30 ilə yaxındır ki, PKK ilə mübarizə aparır. Elə isə sual olunur ki, silahı PKK-ya kim verir?

 

- Türkiyə və İran arasında savaş yalnız məshəb savaşı ola bilər. Türkiyə və İranın savşması mümkün deyil. İrana sanksiya tətbiq olunanda, Türkiyə bu dövlətə hərtərfəli yardım elədi.

 

- İran parlamentindəki Türk fraksiyasının indiki İran şərtlərində normal qəbul etmək olar. Amma Azərbaycan türklərinin milli hüquqlarının təmin edilməsi baxımından, bu fraksiya inanmıram ki, hansısa güclü təsir göstərsin.

 

- Ola bilər ki, İran Ana Yasasının 15-ci maddəsi ilə bağlı hansısa məsələni qaldıra bilərlər, hansısa bir türkün pozulan haqqından-filandan danışarlar. Ancaq ciddi təsiri olacaq fraksiya deyil, istər dünya Azərbaycan türklərinin haqlarının təmin edilməsi baxımından, istərsə də ayrı-ayrılıqda Güney Azərbaycan əyalətlərinin iqtisadi-mədəni inkişafının güclənməsi, inkişafı baxımından.

 

- Fraksiyanın tərkibinə baxsanız, deputatların, istisnasız, hamısı Ayətullah Xamneyinin tərəfdarlarıdır. Əslində, bu fraksiya daha çox Ayətullah Xamneyinin fraksiyasıdır, nəinki Azərbaycan türklərinin milli haqlarını qoruyanların.

 

- Bu, hakimiyyətin, guya, İranda milli haqların təmin edilməsi yönündə tələblərə bir cavabıdır. Bölgədə hüquqları təmin edilməyən etnik qrupların oyanış hərəkatı başlanıb, o cümlədən İran da bundan kənarda qalmayıb. İran rəsmiləri özləri də dəfələrlə etiraf ediblər ki, bu ölkədə milli problem var.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR