Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qəbələ” də zəif komanda olmadığını göstərmişdi" - "Sent-Etyen"in baş məşqçisi

“Qəbələ” də zəif komanda olmadığını göstərmişdi" -  "Sent-Etyen"in baş məşqçisi

Date: 2 November 2016 20:07


“İki il öncə də Bakıda olmuşduq. Həmin vaxt “Qarabağ”la qarşılaşmışdıq. İki il az müddət deyil”.Fanat.Az xəbər verir ki, bu sözlər “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltyeyə məxsusdur.

 

Fransa təmsilçisi Avropa Liqasının III turunda evdə 1:0 hesabı ilə məğlub etdiyi “Qəbələ” ilə sabah Bakıda üz-üzə gələcək.

 

Qaltye bugünkü mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk növbədə geridə qalan iki il ərzində təcrübəmiz artıb, müəyyən qələbələrimiz olub. Sabahkı görüşdə də bu təcrübənin və futbolda keçdiyimiz yolun təsiri olacaq”.

 

- Avroliqadakı çıxışınız barədə nə deyə bilərsiniz?

- Bizim çox maraqlı oyunlarımız keçib. “Qəbələ” ilə Fransadakı görüş də maraqlı keçmişdi. Düzdü, avtoqol sayəsində qələbə qazanmışdıq. Amma bunun üçün əlimizdən gələni etmişdik. “Qəbələ” də zəif komanda olmadığını göstərmişdi. Əsas hədəfimiz qrup mərhələsini adlamaqdı. Çalışacağıq ki, bacardığımız qədər irəli gedək.

 

- Əhval-ruhiyyənizin yüksək olması nə ilə bağlıdı?

- Əhvalım bu gün yaxşıdı. Düzdü, bir neçə gün əvvəl özümü pis hiss edirdim. Amma indi yaxşıyam. Bizi istiqanlı qarşıladığınız üçün sizə minnətdaram. “Qəbələ” ilə görüşə də çox ciddi hazırlaşmışıq. Rəqib barədə hərtərəfli təhlil də aparmışıq. Əlbəttə ki, əsas məqsəd qələbə qazanmaqdı. (apasport.az)





Tags:  Qəbələ zəif komanda olmadığını göstərmişdi Sent-Etyenin baş məşqçisi

RƏYLƏR


Top news