"Qrupdan çıxmağımız möcüzə olar"

"Qrupdan çıxmağımız möcüzə olar"
20:17 2 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qəbələ" doğma meydanda "Sent Etyen"i qəbul edəcək.

Qafqazinfo xəbər verir ki, bu gün matçın keçiriləcəyi "Bakcell Arena"da "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib:

- Komandanın heyətində zədəli futbolçular var idi. Hazırda durum nə yerdədir?

- Hələlik dəqiq bir şey deyə bilmərəm. Amma Baqali Dabo oynaya bilməyəcək. Digər zədəlilər isə hələ tam hazır deyil. Bunu sabah dəqiqləşdirəcəyik.

- "Sent Etyen"lə oyunu "Qəbələ" üçün ölüm-dirim mübarizəsi adlandırmaq olarmı?

- Əlbəttə növbəti mərhələyə yüksəlmək istərdik. Amma qrupdan çıxmağımız möcüzə olar. Biz tamamilə fərqli səviyyədəyik. Keçən ilki qrupla müqayisə etsək, bu il zəif çıxış edirik. PAOK və "Krasnodar"la başabaş mübarizə aparmağımız mümkün idi. Lakin bu rəqiblərimiz bizdən 3 dəfə güclüdü. Biz mübarizə aparacağıq və bu möcüzəni reallaşdırmağa çalışacağıq.

- Bu mövsüm "Qəbələ"nin Avropa Liqasındakı çıxışını uğursuz adlandırmaq olar?

- Ötən oyunlardakı nəticələri uğursuzluq adlandırmaq olmaz. Çünki bu oyunlarda nəsə öyrənmişik. Futbolçularıma ruhdan düşməməyi söyləyirəm. Rəqiblərimizdən öyrənərək onların səviyyəsinə çatırıq. Ona görə də bunu uğursuzluq adlandırmıram.

- Sabah müdafiə futbolu oynayacaqsız?

- Qətiyyən yox. Müdafiədən oynamağı fikirləşmirik. Biz hücum futbolu oynamaq fikrindəyik. Bizi 1 xal qane etsə belə, biz yenə hücumda daha çox oynayacağıq. Nə qədər ki, "Qəbələ"dəyəm, bizim oyun fəlsəfəmiz belə olacaq. Hücum futbolunu oynayanda istədiyimiz nəticəni qazanmağı bacarırıq.

- "Qəbələ" artıq 3 oyun keçirib. Hansı rəqibiniz daha güclü idi?

- Bunu deməyəcəm. Hər bir komandanın öz taktikası var. Ümumi cəhətləri odur ki, sürətli oynayırlar. Onlara qarşı oynamaq üçün gərək biz də onlar kimi oynayaq.

- Ehtiyat oyunçulardan əsas heyətə uyğunlaşan futbolçular var?

- Bizim yanaşmamız odur ki, hazır olan futbolçular oynayır.

- Qalib gəlmək üçün "Qəbələ"nin istəyi çoxdur yoxsa rəqiblərinin?

- Hər kəsin futbola yanaşma tərzi fərqlidir. Futbol üçün ağıl, mexanizm, intellekt olmalıdır. İstək 10-cu və ya 20-ci yerlərdə olur. Əsas ağılla oynamaq lazımdır.

- Sabah gənc futbolçulara şans verməyi planlaşdırırsız?

- Kim hazır olsa, o da oynayacaq. Ad çəksəm, Roman Hüseynov və Elvin Camalov oynaya bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR