Ermənilər Azərbaycan və Ermənistan arasında müharibə
ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyirlər. Türkiyə
ordusu İraqa girmək üçün sərhəddə hazır vəziyyətdə gözləyir. Bağdad
isə Türkiyə ilə müharibəyə hazır olduğunu bəyan edib. Rusiya Suriya
müxalifətinə Hələbi tərk etmək üçün vaxt verib. Klinton isə
deyəsən, vaxtından əvvəl sevinib.
“Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı
rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb”.
Erməni rəsmilər bunu istəməyərək olsa da, etiraf ediblər. Hər şey
apreldə “dördgünlük müharibə” zamanı Talış kəndini tərk edən
ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi zamanı
ortaya çıxıb.Ermənistan parlamentinin vitse-spikeri Eduard
Şarmazanov Talışkəndini tərk etmiş ermənilərə səslənərək, onları
geri qayıtmağa çağırıb.
Ordumuz işğaldakı ərazilərin üçdə bir hissəsinə nəzarəti ələ alıb - İRƏVAN ETİRAF ETDİ
Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb.
Ermənistanla bağlı digər bir açı etiraf Erməni
analitik İqor Muradyandan gəlib. Onun sözlərinə görə,Qarabağda mümkün müharibə zamanı Ermənistana heç kimin dəstək
verməyəcək.
İqor Muradyan Azərbaycan və Ermənistan arasında müharibə
ssenarilərinin iki istiqamətdə ola biləcəyini deyib: “Birincisi,
iki ölkə arasında müharibə, ikincisi başqa ölkənin müdaxilə edəcəyi
hərbi toqquşma”.
Muradyan etiraf edir ki, hər iki halda Ermənistan təklənmiş
olacaq.
“Birinci variantda, tərəflər müharibə aparacaq. Beynəlxalq
ictimaiyyətin səyi nəticəsində tərəflər yenidən real danışıqlar
üçün masaya əyləşə bilərlər. Lakin o da faktdır ki, Azərbaycan
sürətli hücumla Ermənistana ciddi zərbələr vura bilər.
İkinci variantda, Türkiyə Azərbaycana hərtərəfli kömək edəcək və
müharibəyə qoşulacaq. Bu zaman, NATO kənarda qalacaq. Bunun
səbəblərindən biri də Ermənistanın NATO-ya məhəl qoymamasıdır.
Misal üçün, bu gün erməni telekanalları NATO haqda heç bir xəbərə
yer vermirlər, amma Rusiya ilə bağlı xəbərləri sevə-sevə təbliğ
edirlər. Bu kimi faktorlar Ermənistanın NATO və ABŞ-dan təcrid
olmasına və zəifləməsinə gətirib çıxarır. Azərbaycan isə bu
şəraitdən yararlana bilər. Hazırda hərbi toqquşmaların yenilənməsi
aktualdır. Belə görünür ki, Ermənistanda çoxları müharibənin
məğlubiyyət ssenarisi ilə artıq razılaşıblar”, - deyə o
bildirib.
İqor Muradyan Ermənistan indiyə qədər ölkə ordusunun
ruslara tabe edilməsi ilə bağlı çoxlu bağışlanmaz səhvlərə yol
verildiyini deyib.
“C planı” dövriyyədə - Müharibə hər an başlaya
bilər
İraq ətrafında baş verən hadisələr isə vəziyyətin
daha da gərginləşəcəyindən xəbər verir. Ankara türkman şəhəri olan
İraqın Telafer şəhərinə təhdid artdığı üçün “C” planını tətbiq
etməyə hazırlaşır.
Plan soydaşları müdafiə etmək üçün birbaşa müdaxiləni nəzərdə
tutur. Dünən Türkiyə İraqla sərhədə böyük miqdarda zirehli texnika
və qoşunların əlavə kontingentini yeritməyə başlayıb. Məlumata
görə, tanklar və zirehli texnika ölkənin cənub-şərqində yerləşən
Şirnak vilayətinə doğru hərəkət edir. Texnika Türkiyənin mərkəzi
vilayətlərindən daşınır.
Türkiyənin müdafiə naziri Fikri İşık da “hər ehtimala hazır
olmalıyıq” deyib.
Dünən İraqın baş naziri Haydar əl-İbadi Bağdadın Ankara ilə
döyüşmək istəmədiyini, ancaq buna hazır olduğunu söyləyib.
“Türkiyənin İraqa hər hansı hücumu öz çöküşünə səbəb olacaq”, - baş
nazir deyib.
“C planı” dövriyyədə - Müharibə hər an başlaya bilər
Ankara türkman şəhəri olan İraqın Telafer şəhərinə təhdid artdığı üçün “C” planını tətbiq etməyə hazırlaşır.
Vəziyyət Suriyada da, daha doğrusu Hələb ətrafında
getdikcə pisləşir. Rusiya Suriyanın Hələb şəhərindəki müxalifət
güclərinə xəbərdarlıq edib.
Rusiya Silahlı Qüvvələrinin Baş qərargah başçısı Valeri
Gerasimov noyabrın 4-də Hələbdə təşkil ediləcək “humanitar pauza”da
müxalifətdən şəhəri tərk etməsini istəyib.
“Amerikalı həmkarlarımız müxaliflə terrorçuları bir-birindən
ayıra bilmədiyi üçün Hələbdəki silahlı birləşmələrin liderlərinə
hərbi əməliyyatlara son qoymağa və silahları ilə birlikdə şəhəri
tərk etməyə çağırırıq”, - Gerasimov deyib.
Onun sözlərinə görə, müxalifətin Hələbi tərk etməsi üçün iki
dəhliz yaradılıb. Onlardan biri Türkiyə sərhədinə, digəri isə İdlib
şəhərinə gedir. Gerasimov Suriya hökumət güclərinin bu dəhlizlərdən
çəkildiyini vurğulayıb.
“Humanitar pauza” noyabrın 4-də yerli vaxtla saat 9.00-19.00
arasında olacaq.
Türkiyənin isə Suriya ilə bağlı öz planları var. Və
Suriya müxalifəti bu planların həyata keçirilməsində Ankaraya
dəstək verməyə hazırdır.
Suriyanın müxalifətinin liderlərindən olan Əbu Xattab “Yeni
Şafak” nəşrinə açıqlamasında Tel Abyad, Münbiç və Rakka
şəhərlərinin PYD və İŞİD terror təşkilatlarından təmizlənməsi üçün
30 min döyüşçü hazır olduğunu deyib.
2011-ci ildə Abdülkadir Saleh ilə birlikdə “Liva Tövhid”
briqadasını quran Əbu Xəttabın sözlərinə görə, Türkiyənin liderliyi
ilə başlayacaq yeni bir əməliyyatla Tel Abyad, Münbiç və Rakka 3 ay
ərzində terrorçulardan təmizlənə bilər.
“Bir neçə gün ərzində 30 min döyüşçü bu əməliyyat üçün hazır
vəziyyətə gətirilə bilər. Əgər Türkiyə Rakka, Haseke və Deyr Zor
kimi bölgələrdə tayfa liderləri ilə müzakirələr aparsa, bu rəqəm
asanlıqla 65-70 minə çatdırıla bilər”, - o, bildirib.
Ukrayna cəbhəsində isə vəziyyət sakit görünsə də,
baş verənlər fırtına öncəsi sakitliyə bənzəyir. Ukraynalı deputat,
hərbi ekspert Dmitri Timçukun sözlərinə görə,Rusiya Rostov vilayətinin Ukrayna ilə sərhəd olan
rayonlarına hərbi texnika yeridir.
O, bildirib ki, hərbi texnika daha çox Matveyev Kurqan,
Zakadıçnoye, Krınka, Demidovka rayonlarına yerləşdirilir. O, bu
texnikanın maskalanaraq gizlədildiyini və onlara üzərində tanınma
nişanı olmayan hərbi formalı şəxslərin nəzarət etdiyini
bildirib.
“Qubernatorlar üsyan qaldıracaq” – Putin İslam Kərimov
kimi...
Rusiyanın daxili siyasətinə nəzarət edən prezident
administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko
2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll
etməlidir.
Bu haqda Kremldəki mənbələrə istinadən RBK agentliyi yazıb.
Xüsusi halda, qubernatorları “sındırmadan” regionlarla daha
yumşaq münasibətlərin qurulması ehtiyacından söhbət gedir. “Kremldə
ehtiyat edirlər ki, iqtisadi böhran şəraitində separatizm baş
qaldıra bilər”, - RBK-nin həmsöhbətlərindən biri deyib.
“Qubernatorlar üsyan qaldıracaq” – Putin İslam Kərimov kimi...
Rusiyanın daxili siyasətinə nəzarət edən prezident administrasiyasının başçısının birinci müavini Sergey Kiriyenko 2018-ci il prezident seçkisinə kimi bir neçə məsələni həll etməlidir.
Klintona “Oktyabr sürprizi” - Yarış yenidən
başladı
“Sən saydığını say, gör Tramp nə sayır”. Bir neçə
həftə əvvəl keçirilən sorğular keçmiş dövlət katibi, demokratların
namizədi Hillari Klintonun ABŞ-da noyabrın 8-də keçiriləcək
prezident seçkilərində asanlıqla qələbə qazanacağını göstərsə də,
seçkilərə bir həftə qalmış vəziyyət 180 dərəcə
dəyişib.
ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və
rəqibi respublikaçı Donald Trampın reytinqi arasındakı fərq
seçkilərə bir neçə gün qalmış aradan qalxıb. “Washinton Post”
qəzeti və ABC telekanalının keçirdiyi sorğuya görə, Tramp 46 faizlə
Klintonu keçib. Rəyi soruşulanların 45 faizi isə keçmiş dövlət
katibini dəstəklədiyini bildirib.
Həftələr əvvəl keçirilən rəy sorğularına görə, Klinton
respublikaçı namizədi 12 faiz qabaqlayırdı. Klinton və Tramp
arasındakı reytinq fərqinin sürətlə irəliləməsi “Oktyabr sürprizi”
hesab olunur.
Klintona “Oktyabr sürprizi” - Yarış yenidən başladı
ABŞ prezidentliyinə namizədlər – demokrat Hillari Klinton və rəqibi respublikaçı Donald Trampın reytinqi arasındakı fərq seçkilərə bir neçə gün qalmış aradan qalxıb.
“Washinton Post” qəzeti və ABC telekanalının
keçirdiyi sorğudan ilhamlanan Rusiya Liberal Demokrat Partiyasının
sədri Vladimir Jirinovski seçkilərin nəticələri ilə bağlı
proqnozunu səsləndirib.
Jirinovski hesab edir ki, Tramp prezident seçkisində qalib
gələcək. Onun sözlərinə görə, Trampın qələbəsi amerikalılar üçün
uğur gətirəcək: “Tramp ABŞ üçün daha lazımlı şəxsdir. Biz bunu
deyərkən öz maraqlarımızı nəzərdə tutmuruq”.
Amerika Almaniyada xilafət yaratdı – ŞOK
VİDEO
“Almaniya islam dövləti” haqqında videoçarx alman
KİV-ində sərt reaksiya doğurub. Daha doğrusu, alman KİV-i
videoçarxın arxasında Trampı “tapıb”.
Videoda Almaniyanın müsəlmanların hakimiyyəti altında olacağı
halda baş verəcək hadisələr yer alıb. Amerikanın mühafizəkar
qeyri-kommersiya qrupu olan “Secure America Now” tərəfindən
yaradılan videoçarxda, xüsusi halda, Brandenburq qapıları kimi
Almaniyanın görməli yerləri təsvir edilib və onlarda İŞİD-in
bayrağı asılıb. Videoçarxın müəllifləri “Oktoberfest” festivalından
da yan keçməyiblər. “Secure America Now” versiyasına görə, tədbirdə
spirtli içkilər qadağan ediləcək.
Amerika Almaniyada xilafət yaratdı – ŞOK VİDEO
“Almaniya islam dövləti” haqqında videoçarx alman KİV-ində sərt reaksiya doğurub.
ABŞ-ın daxili siyasəti, yəni prezident seçkiləri də
Moskva-Vaşinqton gərginliyini arxa plana keçirə
bilməyib.
Böyük Britaniya mətbuatına müsahibəsində ABŞ-ın dövlət katibi
Con Kerri söyləyib ki, prezident Barak Obama Rusiyanın
kiberhücumlarına cavab verilməsi haqqında qərar qəbul
edəcək. Onun sözlərinə görə, Obama Rusiyaya cavab
verilməsi haqqında qərarı öz vəzifəsini icra etdiyi müddətdə
verəcək: “Bu qərarın qəbulu və ABŞ-ın necə hərəkətə keçəcəyi ola
bilsin ki, sizə görünməsin. ABŞ yerində sakit oturub, olanları
sakit seyr etmək fikrində deyil. Cavab veriləcək”.
Qeyd edək ki, bundan öncə ABŞ vitse-prezidenti Cozef Bayden
ölkəyə olan kiberhücumlara görə Rusiyaya çox sərt cavab
veriləcəyini bildirib.
Kəbə işğal ediləcək – HÜCUM PLANI
İŞİD və İranın dəstəklədiyi husilər Kəbəni ələ
keçirməyi planlaşdırır. Türkiyənin “Yeni Şafak”
nəşrinin yazdığına görə, bu plan Qərb tərəfindən hazırlanıb. Məkkə
savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə qarşıdurması
ilə fitili alovlandırmağı düşünürlər.
Kəbə işğal ediləcək – HÜCUM PLANI
Məkkə savaşını başlatmaq istəyən xarici qüvvələr sünni-şiə qarşıdurması ilə fitili alovlandırmağı düşünürlər.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174510.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)