Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 Noyabr
20:24 2 Noyabr 2016
151 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Yaxın Şərqdə qüvvələr balansının yenidən Qərbin lehinə dəyişməsi üçün yalnız bir yol var - bölgədə yeni formatlı münaqişə ocağı yaradılmalıdır. Bu münaqişə Türkiyə-İran, yaxud Türkiyə-İraq müharibəsi şəklində ola bilər. Əslində Türkiyənin bu iki dövlətdən biri ilə müharibəyə başlaması hər ikisi ilə müharibə etmək deməkdir. Çünki Tehranın uzun müddətdir yürütdüyü ağıllı siyasət nəticəsində İran və İraq dövlətləri arasında faktiki bərabərlik işarəsi qoymaq olar. İlk baxışdan inandırıcı görünməsə də, amma dövlətlərarası klassik müharibənin başlaması üçün bütün şərtlər mövcuddur. Xüsusilə də müharibənin başlamasında maraqlı olan üçüncü qüvvənin mövcudluğu. Bu üçüncü tərəf İsrail, ABŞ, Avropa Birliyi, Səudiyyə Ərəbistanı, yaxud Rusiya ola bilər. Türkiyənin İraq sərhədinə qoşun yığması, İraq baş nazirinin açıq mətnlə "Müharibəyə hazırıq" bəyanatı müharibəyə psixoloji hazırlıq mərhələsidir. Hipotetik müstəvidə olsa belə bu formatda müharibənin başlaması bölgənin altını üstünə çevirə bilər. Bu baxımdan İran rəsmilərinin Türkiyə və Səudiyyə Ərəbistanını əməkdaşlığa dəvət etməsi həm də üçüncü tərəfin "yeni müharibə" planını pozmaq cəhdidir.

 

Vüqar MƏSİMOĞLU 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR