Sakitləşdirən və xoşbəxtlik verən 5 qoxu

Sakitləşdirən və xoşbəxtlik verən 5 qoxu
20:31 2 Noyabr 2016
224 Şou
Ölkə mətbuatı
A- A+

 Özünüzü pis hiss etdiyiniz zaman sakitləşə bilmək və xoşbəxtlik duyğusunu dadmaq üçün müxtəlif qoxulardan yararlana bilərsiniz.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aromaterapiya adlanan bu üsulun beyin üzərində çox təsirli olduğu aşkar edilib. Bu qoxular içərisində ilk 5 sırada yer alan bunlardır:

Darçın:
İçkinizə qatacağınız darçın sakitləşməyinizə və rahatlıq tapmağınıza kömək olacaq.

 Lavanda:

 Lavandanın sakitləşdirici təsiri var. Yatmazdan öncə yastığınızın üzərinə bu bənövşəyi çiçəkləri qoyun. Daha rahat və sakit bir yuxu almağınıza kömək edəcək.

Portağal:

Səhərlər günə başlamaqda çətinlik çəkirsinizsə və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə bir fincan limon və ya portağal suyu için. Həm günə enerjili başlamağa kömək edəcək, həm də sizin gərginliyinizi azaldacaq.
Vanil: Vanil uzun illərdən bəri xoşbəxtliyi artırmaq və ruh yüksəkliyi yaratmaq üçün istifadə olunur. İçkilərinizdə kiçik miqdar istifadə etdiyiniz vanil bunun üçün kifayət edəcək.

Limon:

Həm əzələ ağrılarını azaldan, həm də sakitləşdirici xüsusiyyətə malik olan limon gərginliyi aradan götürən başlıca meyvələrdən hesab olunur. Limon ətri bu baxımdan olduqca faydalıdır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR