"Sent-Etyen"nin baş məşqçisi: "Qəbələ" bizə qalib gələ bilər"

"Sent-Etyen"nin baş məşqçisi: "Qəbələ" bizə qalib gələ bilər"
20:48 2 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qəbələ" ilə oyundan öncə mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, fransalı mütəxəssis "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb.

- İki il öncə Bakıya gəlmişdiniz. Bu iki il ərzində komandanızda nə dəyişiklik olub? "Qarabağ"la matçla müqayisədə sabahkı oyunda nə fərq olacaq?

- Əlbəttə, iki il az müddət deyil. İlk növbədə təcrübəmiz artıb, müəyyən qələbələrimiz olub. Sabahkı oyunda bütün bunların müsbət təsiri olacaq.

- Bu iki il ərzindəki oyunlar bağlı nə deyə bilərsiniz?

- Sözsüz ki, çox maraqlı matçlarımız olub. "Qəbələ" ilə son qarşılaşma da belədir. Düzdür, bu oyunda qələbəni avtoqolla qazandıq. Ancaq 3 xal üçün əlimizdən gələni etdik. "Qəbələ" də güclü təsir bağışlamışdı. Əsas məqsəd qrupdan çıxmaq və kubok uğrunda mübarizədə daha da irəli getməkdir.

- Adətən, rəqib baş məşqçilər səfər oyunu öncəsi həyəcanlı, gərgin olurlar. Ancaq siz əksinə, yüksək əhval-ruhiyyədəsiniz. Bunun səbəbini nədə görürsünüz?

- (Gülür). Bu gün əhval-ruhiyyəm yaxşıdır. Düzdür, bir neçə gün ərzində özümü pis hiss etmişdim. Ancaq bu gün yaxşıyam. Bizi isti qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Oyuna çox ciddi hazırlaşmışıq. Çox müşahidələrimiz olub. Fransadakı matçda da "Qəbələ" özünü yaxşı göstərmişdi. Əlbəttə, Bakıda əsas məqsəd qalib gəlməkdir və bunun üçün əlimizdən gələni edəcəyik.

- Bir məşqçi kimi bu oyuna necə hazırsınız?

- Düzdür, bir neçə gün halım yaxşı olmamışdı. Ancaq sabah nəticə üçün əlimdən gələni edəcəyəm. Ötən şənbə də matç keçirmişik və vaxtımız az olub. Komandamızı uğur qazanması üçün dəstəkləyəcəyəm.

- "Qəbələ" Avropa Liqasında cari mövsümdə evdə keçirdiyi 5 oyunun hamısında qol vurub. Altıncı olmaqdan çəkinmirsiniz?

- (Gülür). Ümid edirəm ki, sabahkı oyunda uduzmayacağıq. Əlbəttə, "Qəbələ"nin sabah qələbə qazanması mümkündür. Ancaq qalibin "Sent-Etyen" olması üçün səy göstərəcəyik. "Qəbələ"ni zəif rəqib kimi nəzərə almırıq. Oyunlarına baxmışıq. Sabahkı matçda da hazırıq.

- Bakıya ilk və indiki səfərinizin fərqini hiss edirsinizmi?

- İki il ərizndə Avropanın güclü komandaları ilə oyunlarımız olub. Uğurlu matçlar da keçirmişik. Mən bir məşqçi kimi oyuna hazıram. Komandamızı da dəstəkləyəcəyəm. "Qəbələ"nin oyununu Fransada görmüşük. Çox yaxşı oyun keçirmişdi.

- Saat fərqi komandanıza təsir göstərirmi?

- Əlbəttə, Fransadakı saat qurşağını bilirik. Ancaq bunun oyuna heç bir təsiri yoxdur.

- "Qəbələ" ilə ev oyununu "texniki zona"da yox, VİP lojada izləmişdiniz. Bunun səbəbi nə idi?

- Həmin oyunda özümü yaxşı hiss etmədiyimə görə matçı ofisimizdə televiziyadan izləmişdim. Həmin gün stadionda olmamışam. Ancaq sabah "texniki zona"da olacağam.

- Bəs cəzalı deyildiniz?

- Səhhətimdə problemlər vardı.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR