Son 10 il ərzində dünyada 800-dən çox jurnalist öldürülüb, cinayətlərin yalnız 8%-nin üstü açılıb.
APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin bəyanatında bildirilir.
“Son 10 ildə jurnalistlərlə bağlı 827 ölüm halı qeydə alınıb. Bununla bağlı cinayətkarların yalnız 8%-i məsuliyyətə cəlb olunub”, bəyanatda qeyd olunub.
YUNESKO-nun son məruzəsinə əsasən 2014/2015-ci illərdə 213 jurnalist həyatını itirib. KİV əməkdaş