Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təyyarə qəzaya uğrayıb

Təyyarə qəzaya uğrayıb

Date: 2 November 2016 22:12

Yunanıstanın Krit adasında F-16 tipli hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, eniş zamanı baş verən qəza nəticəsində təyyarənin pilotu yanıq xəsarətləri alıb. O xəstəxanaya çatdırılıb, həyatına təhlükə olmadığı bildirilir.
 
İlkin məlumata görə, qəzaya səbəb yanacaq sızması olub. İnsidentin səbəbləri müəyyənləşdirilir.
 
Qeyd edək ki, Krit adasındakı "Akrotiri" aerodromunda ABŞ-a məxsus hərbi-dəniz bazası yerləşir.

Milli.Az


Tags:  Təyyarə qəzaya uğrayıb

RƏYLƏR


Top news