Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lerikdə dağ uçqunu baş verib (FOTO)

Lerikdə dağ uçqunu baş verib (FOTO)

Türkiyənin şərqində qar uçqunu baş verib (19 Mart 2017 06:23)
Avstriyada qar uçqunu: 2 ölü (18 Mart 2017 08:47)
Avstriyada qar uçqunu: ölənlər var (18 Mart 2017 05:09)

Tarix: 2 Noyabr 2016 22:13

Lerikdə dağ uçqunu qeydə alınıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 2-də Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində, "Dağlar qapısı" deyilən ərazidə baş verib.

Dağdan qopa böyük qaya parçaları yolun tam bağlanmasına və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına səbəb olub. Hadisədən dərhal sonra rayonun müvafiq qurumları hərəkətə gətirilib. İşçi qüvvəsinin və ağır texnikanın köməkliyi ilə yol qismən təmizlənməklə maşınların hərəkəti bərpa olunub. Bununla belə, yoldakı böyük qayanı isə tərpətmək mümkün olmayıb. Məlumata görə, onu yalnız partlatmaqla ortadan götürmək mümkün olacaq. Bu işin sabah yerinə yetiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, Lerik-Qosmalian-Kəlvəz avtomobil yolundan rayonun 20-dən çox yaşayış məntəqəsinin sakinləri istifadə edir. Yolda sonuncu dəfə dağ uçqunu oktyabrın 28-də qeydə alınıb.



Teqlər:  Lerikdə dağ uçqunu baş verib FOTO



RƏYLƏR


Top xəbərlər