“Aygün və Röyadan sonra mən...” - VİDEO

“Aygün və Röyadan sonra mən...” - VİDEO
22:24 2 Noyabr 2016
124 Digər
Ölkə mətbuatı
A- A+

"Bəzilərindən fərqli olaraq şou-biznesə qalmaqalla yox, sənətimlə gəlmişəm".

 

Lent.az-ın məlumatına görə, bu sözləri azərbaycanlı müğənni Elmar Yunis deyib. O bildirib ki, şou aləmində bir çox tanınmış müğənnilərin səsi yoxdur:

 

“Heç kimə sirr deyil ki, şou aləmində səsi olmayan, qalmaqalla gündəmdə olan məşhurlarımız yetərincədir. Hətta illərin sənətkarları, xalq artistləri qalmaqalla gündəmə gəlirlər. Onların bu addımı biz gənclərə mənfi nümunə olur. Mən bu sənətə gəldiyim gündən qarşıma bir məqsəd qoymuşam. Yalnız səsimlə öz sözümü deyəcəyəm. Elə ona görə də bəstəkar Muxtar Abseynovla işbirliyi qurmuşam. O, bəstəkar kimi şou-biznesdə Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi kimi məşhurlara hitlər yazıb. İndi də onlardan sonra mənə “Aman neynim” adlı mahnı bəstələyib. Düşünürəm ki, bu mahnı mənə uğur gətirəcək”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR