Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

300 yaşı olan ev - FOTO

300 yaşı olan ev - FOTO

Date: 2 November 2016 23:22

Bu ev Kornuolla (Böyük Britaniya) sahilində 1680-ci ildə tikilib. Balaca pəncərələri olan ev çöldən bir az qəmgin və qədimi görünür. Amma evin son sahibi - gənc xanım 300 yaşı olan evi rahat, müasir və isti ocağa çevirib.

Milli.Az publika.az-a istinadən bildirir ki, ev hazırda icarəyə verilir.

Hündürboy insana içəri daxil olmaq üçün azca əyilmək lazım gələcək.
Qonaq otağı

Evin daxili rahat və müasir interyeri retro üslubunda hazırlanıb: Qonaq otağı, televizor, buxarı və yumşaq divan. Otağın ortasındakı kiçik stol isə qədimi sandıqdır.

Buxarı

Qonaq otağındakı buxarı 3 əsr əvvəl də eyni ilə belə olub. Lakin ev sahibləri təhlükəsizlik məqsədilə buxarının ətrafını müasir, odadavamlı divarlarla təchiz ediblər. Amma orada yenə də od yandırmaq olar.
Yataq otağı

Yataq otağında da qədimilik qorunub saxlanılıb. Böyük çarpayısı və tumbaları olan balaca ötən əsrləri xatırladır. Bütün divarların ağ rəngə boyanması otağı geniş və işıqlı göstərir.

Uşaq otağı

Yataq yanında uşaq otağı yerləşir. Burada uşağa lazım ola bilən hər şey var.

Vanna otağı

Vanna otağı rahatlığı ilə seçilir.

Mətbəx

Müasir mətbəx yemək hazırlamaq üçün bütün avadanlıqlarla təchiz olunub. İdeal səliqə-sahman hökm sürür.

Səhər yeməyi üçün guşə

Səhər, günorta axşam və yeməyi üçün gözəl guşədir.

Həyəti

Yaxud da yeməyi açıq havada yeyə bilər.

Milli.Az












Tags:  300 yaşı olan ev FOTO

RƏYLƏR


Top news