Kütləvi zəhərlənmə ilə əlaqədar su idarəsinin rəisi saxlanılıb

Kütləvi zəhərlənmə ilə əlaqədar su idarəsinin rəisi saxlanılıb
23:37 2 Noyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

"Mahaçqala su-kanal" ASC-nin baş direktoru şəhərdə qeydə alınan kütləvi zəhərlənmə faktları ilə əlaqədar saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

Bu gün Dağıstan respublikasının başçısı Ramazan Abdulatipov Rusiya prezidenti Vladimir Putinlə görüşdə Mahaçqalada kütləvi zəhərlənmənin səbəbini açıqlayıb.
 
Onun sözlərinə görə, zəhərlənməyə içməli su səbəb olub. Hadisə sakinlərin istifadə etdiyi içməli suyun kanalizasiya sularına qarışması nəticəsində baş verib.
 
Qeyd edək ki, Mahaçqalada  bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 675 nəfərə çatıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR