Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur kloun vəfat etdi - FOTO

Məşhur kloun vəfat etdi - FOTO

Date: 3 November 2016 01:12

Dünyanın ən məşhur klounlarından biri, 87 yaşlı rusiyalı Oleq Popov vəfat edib.

Milli.Az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın xalq artisti Edqard Zapaşnıy bəyan edib.

"Oleq Popov vəfat etdi. Mənə "Rosqossirk"in baş direktoru Dmitri İvanov zəng edib söylədi", - E.Zapaşnı bildirib.

D.İvanov isə söyləyib ki, O.Popov qastrolda olduğu Rostov-Don şəhərində keçinib: "Özünü yaxşı hiss edirdi, axşam oturub televizora baxırdı, qəflətən keçindi".

2015-ci ilin iyun ayında O.Popov beynəlxalq sirk mükafatı "Master"in "Sirk əfsanəsi" nominasiyasında ödülünü almaq üçün Rusiyaya yollanmışdı.

1991-ci ildə almaniyaya mühacirət etmiş O.Popov bu minvalla uzun fasilədən sonra vətənə qayıtmışdı.

Rusiyada "Günəş klounu" kimi tanınan Oleq Popov Alimaniyada "Bəxtəvər Hans" obrazında çıxış edirdi.

Milli.Az















Tags:  Məşhur kloun vəfat etdi FOTO

RƏYLƏR


Top news