Mourinyo cəzalandırıldı

02:54 3 Noyabr 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə Futbol Assosiasiyası (FA) ölkə çempionatının 10-cu turunda "Bernli"yə qarşı keçirilən oyunda hakimi təhqir etdiyinə görə "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonu bir oyunluq cəzalandırıb.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, bu barədə FA-nın mətbuat xidmətinin məlumatında deyilir. Matçın birinci hissəsi zamanı Mourinyo oyunun baş hakimi Mark Klattenburq ilə mübahisə edib və bu səbəbdən texniki zonadan kənarlaşdırılıb. İkinci hissədə portuqaliyalı məşqçi komandasına tribunadan rəhbərlik edib. Mourinyo, həmçinin "Liverpul" ilə oyun öncəsi baş hakimlə bağlı səsləndirdiyi fikirlərə görə 50 min funt cərimə olunub.

 

O, matç öncəsi bəyanatla çıxış edərək bildirib ki, Entoni Teylora kənardan təzyiq var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR