Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kəsmikli qat-qat peçenye - FOTO

Kəsmikli qat-qat peçenye - FOTO

Date: 3 November 2016 07:05

Milli.Az kəsmikli qat-qat peçenyenin hazırlanma qaydasını təqdim edir 

Tərkibi: 

350 q yumşaq kəsmik 

250 q yumşaldılmış kərə yağı

420-450 q un 

1 ç.q. qabartma tozu

1 q vanil

100 q şəkər tozu (üzərinə) 

Kəsmiyi vanil və yağ qatıb çəngəllə əzin. Unu qabartma tozu ilə birlikdə ələyib qatın. Əvvəlcə unun 400 qramını qatın, lazım gələrsə, yenə əlavə edin (kəsmiyin yağlılığına görə unun miqdarı dəyişə bilər).  Xəmir yumşaq, amma yapışmayan olmalıdır. 

Hazır xəmiri soyuducuda ən az yarım saat saxlayın. 

Azca un səpilmiş masada soyumuş xəmiri 5 mm qalınlıqda yayıb fiqurlar kəsin. 5 mm-dən nazik yaymayın, yoxsa qat-qat effekti itəcək. 

Nəlbəkiyə şəkər tozu tökün. Peçenyelərin bir üzünü şəkər tozuna batırıb perqament döşənmiş siniyə düzün. 

200 dərəcə qızdırılmış sobada azacıq qızılı rəng alanadək, təxminən 15-20 dəqiqə bişirin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az








Tags:  Kəsmikli qat-qat peçenye FOTO

RƏYLƏR


Top news