Azərbaycan-Rusiya əlaqələrində yeni səhifə - Bu sahədə böyük potensial var

Azərbaycan-Rusiya əlaqələrində yeni səhifə - Bu sahədə böyük potensial var
07:17 3 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda öz işinə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumunda səsləndirilən əsas fikirlərdən biri də bu oldu ki, iki ölkə arasında dövlətlərarası münasibətlər yüksək səviyyədə olduğu halda, regionlar arasında əlaqələr qənaətbəxş deyil.

Bununla bağlı məsələni Milli.Az-a şərh edən Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə bildirib ki, tərəflər artıq bölgələr arasında əməkdaşlığa əhəmiyyət verirlərsə, deməli, Azərbaycanla Rusiya arasında münasibətlərin yeni səhifəsi açılır: 

"İqtisadi əlaqələr dövlət arasındakı münasibətə görə qiymətləndirilir. Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və dərinləşməkdə davam edir. Əgər tərəflər artıq bölgələr arasında əməkdaşlığı da önə çəkirlərsə, bu, artıq əməkdaşlığın dərinləşdiyindən xəbər verir. Təkcə dövlət səviyyəsində deyil, ayrı-ayrı bölgələrin, yaxud dövlətin digər dövlətin konkret bölgəsi ilə əməkdaşlığının müzakirə edilməsi ticarət-iqtisadi münasibətlərin geniş perspektivini göstərir. Artıq bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq bu sahədə böyük potensial var. Məsələn, Azərbaycan Rusiyanın bölgələrində hansısa məsələdə fəal iştirak edə bilər, Rusiyanın Azərbaycanın hansısa bölgəsinin ticari-iqtisadi inkişafına töhfə verə bilər. Bir sözlə, Azərbaycanla Rusiya arasında artıq ticarət-iqtisadi münasibətlərin yeni səhifəsi açılır. Bu, onu göstərir ki, hər iki ölkənin hakimiyyət orqanları özlərinin regional hakimiyyət orqanlarına bu məsələni diqqətdə saxlamağı və bir çox məsələlərdə artıq sərbəst şəkildə hərəkət etməyin mümkünlüyünə dair göstəriş verəcəklər".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR