Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Windows 10” sosial şəbəkə yaradır

"Windows 10” sosial şəbəkə yaradır

Windows 7 gains more new users than Windows 10 (10 November 2016 15:34)

Date: 3 November 2016 07:47

"Microsoft" korporasiyası bu yaxınlarda "Windows 10" əməliyyat sistemini tam yeniləyərək istifadəçilərə kompüter ekranında seçilmiş kontaktları yerləşdirməyə imkan verən "MyPeople" funksiyasını istifadəyə verəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ korporasiyası nümayəndələrinin fikrincə, bu, başqa insanlarla həm elektron poçt, həm də digər əlavələr vasitəsilə rabitə əlaqəsi qurmağı asanlaşdıracaq. "MyPeople" funksiyası vacib kontaktları seçərək onların şəkilini əməliyyat sistemi panelində göstərəcək, eləcə də şəkilin üzərinə faylı gətirərək onu poçt bildirişi və ya "Skype" vasitəsilə göndərmək mümkün olacaq.
 
Məlumata görə, elektron poçt əlavəsi və ya "Skype"a gələn bildirişlərin çeşidlənməsi qaydasında da dəyişikliklər gözlənilir. Bundan sonra seçilmiş kontaktlardan alınan bildirişlər daha yüksək prioritetə malik olacaq və başqalarından yuxarıda göstəriləcək. "MyPeople" dərhal bir neçə əlavə ilə işləməyə imkan verərək kontaktları eyni anda cavablandırmağa imkan verəcək.

Milli.Az


Tags:  Windows 10 sosial şəbəkə yaradır



RƏYLƏR


Top news