Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Qəbələ” ilk qələbə arzusunda - YENİLƏNİR

“Qəbələ” ilk qələbə arzusunda - YENİLƏNİR

Date: 3 November 2016 08:05

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qəbələ" də növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununda öz meydanında "Sent-Etyen"lə qarşılaşacaq. İki həftə əvvəl səfərdə minimalhesabla məğlub olduğu rəqibi ilə bu dəfə doğma meydanda üz-üzə gələcək "qırmızı-qaralar" azarkeşləri önündə ilk qələbə sevincini yaşamaq istəyir.

Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq. Əgər ötən mövsümün bürünc mükafatçısı 8-ci km qəsəbə stadionunda qalib gəlsə, bu həm də onların tarixindəki ilk Avroliqa qələbəsi olacaq.

"Qəbələ" səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdi. Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqaqli Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.

Cari mövsüm evdə keçirdiyi bütün avrokubok matçlarında qol vuran "qırmızı-qaralar" bu məhsuldarlığı fransalılara da nümayiş etdirməlidi. III təsnifat mərhələsində "Lill"i Bakıdan məğlub yola salmaqla Fransa təmsilçisini məğlub edən ilk klubumuz kimi tarixə düşən "Qəbələ" "Sent-Etyen"ə də eyni taleyi yaşatmalıdı. Bu gerçəkləşsə, son iki tur ərəfəsində "qırmızı-qaralar"ın 1/16 final şansları qalacaq. Təbii ki, bunun üçün uğurun davamını həmin matçlarda da gətirmək lazım gələcək.

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

22:00. "Qəbələ" - "Sent-Etyen" (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande

Baş hakimin köməkçiləri: Xuan Karlos Yuste Ximenez, Roberto Alonso Fernandez

Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, İnaki Vikandi Qarrido

Dördüncü hakim: Abraham Alvarez Kanton (hamısı İspaniya)

Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)

UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)

Bakı. 8-ci km qəsəbə stadionu

1.

Anderlext

3

1

2

0

5:3

5

2.

Sent-Etyen

3

1

2

0

3:2

5

3.

Maynts

3

1

2

0

5:4

5

4.

Qəbələ

3

0

0

3

3:7

0

Milli.Az


Tags:  Qəbələ ilk qələbə arzusunda YENİLƏNİR

RƏYLƏR


Top news