Tramp və Klinton: kim harada öndədir?

Tramp və Klinton: kim harada öndədir?
08:12 3 Noyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp rəqibi, demokratların namizədi Hillari Klintonu Nevada və Arizona ştatlarında, Klinton isə öz növbəsində Florida və Pensilvaniyada öndədir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu CNN telekanalı  və ORC şirkəti tərəfindən keçirilən son sorğuda bəlli olub.
 
Arizona ştatında rəyi soruşulanların 49%-i Trampa, 44%-i isə Klintona səs verməyə hazır olduqlarını bildirib. Nevadada Trampın üstünlüyü 6%-a çatıb. Milyardçıya 49%, sabiq dövlət katibinə respondentlərin 43% səs verməyə hazırlaşır.
 
Ənənəvi olaraq demokratlara üstünlük verən Pensilvaniya ştatında H.Klinton 48%  ilə rəqibini dörd faiz qabaqlayır. Floridada isə Klinton 49% ilə Trampı cəmi iki faiz qabaqlayır.
 
Noyabrın 2-də ABC telekanalı ilə "Washington Post" qəzetinin keçirdiyi ümummilli sorğunun nəticələrinə əsasən, hər iki namizəd 46%-lik dəstək əldə edib.
 
Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR