Kerri: “Rusiyanın kiberhücumlarına lazımi an cavab veriləcək”

Kerri: “Rusiyanın kiberhücumlarına lazımi an cavab veriləcək”
08:12 3 Noyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

"Prezident Barak Obama Putin hakerlərinin Amerika siyasi institutlarına kiberhücumlarına müəyyən olunmuş vaxtda cavab verəcək".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu "Wired" nəşrinə müsahibəsində ABŞ dövlət kartibi Con Kerri deyib. O bildirib ki, cavab tədbirləri barədə qərar çoxdan qəbul olunub, lakin lazımi anın seçilməsi hələ Vaşinqtondan müzakirə mövzusudur: "Cavab prezidentin müəyyən edəcəyi vaxtda və formada olacaq. Sizlər ola bilər ki, bu cavabı görməyəcəksiniz".
 
C. Kerri qeyd edib ki, Amerika oturub, nə vaxt hücuma məruz qalacağını gözləməyəcək və cavab tədbirləri görəcək: "Kiberhücumlar təhlükəli haldır. Lakin bir çox ölkə bununla məşğuldur. Çoxlu sayda insan bu sahədə çalışır".
 
Eyni zamanda, dövlət katibi vurğulayıb ki, ayrı-ayrı hallar kibermüharibəyə səbəb olmamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR