“Qarabağ”ın sindromu qırmaq şansı - YENİLƏNİR

“Qarabağ”ın sindromu qırmaq şansı - YENİLƏNİR
08:17 3 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da səfərdə PAOK-la qarşılaşacaq.

İki həftə əvvəl doğma meydanda bu rəqibinə 2:0 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını saxlayan ağdamlılar çətin səfərdən də heç olmasa 1 xalla dönərək ümidlərini davam etdirməyi arzulayır.

Əgər "Qarabağ" Yunanıstanda uduzmasa, nəinki 1/16 final üçün nəzəri şanslarını saxlayacaq, hətta əsas hədəf uğrunda inamlı addım da atmış olacaq. Üstəlik sərfəli nəticə həm də Bakıdakı hesabın təsadüfi olmadığının sübutu ola bilər.

Ağdamlıların ötən mövsüm "Yanq Boys"la oyundan bəri 7 matçdır ki, davam edən səfərdə qələbəsizlik seriyasına son qoyulması da ehtimallar arasındadı.

Lakin əyalət klubu üçün Saloniki səfəri asan olmayacaq. Güclü azarkeş dəstəyinə malik PAOK-a uduzmasa, ardıcıl 2 dəfə qrupda qalan "Qarabağ" 3-cü cəhddən mərhələni adlamaq istəyini reallaşdıra bilər.

Avropa Liqası

IV tur

3 noyabr

J qrupu

00:05. PAOK (Yunanıstan) - "Qarabağ"

Baş hakim: Con Biton

Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater

Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson

Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)

Saloniki. "Tumba" stadionu

1.

Fiorentina

3

2

1

0

8:2

7

2.

PAOK

3

1

1

1

2:3

4

3.

Qarabağ

3

1

1

1

5:7

4

4.

Liberets

3

0

1

2

4:7

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR