Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Niyə insanlar ölümdən bu qədər qorxurlar?

Niyə insanlar ölümdən bu qədər qorxurlar?

Date: 3 November 2016 08:37

Niyə insanlar ölümdən bu qədər qorxurlar? Bu sualı Məsumlara (ə) da veriblər. Misal üçün Peyğəmbərdən (s) soruşublar ki, niyə ölümdən qorxuruq? İmam Həsənə (ə) də bu sualı veriblər. Baxmayaraq ki, Məsumlar (ə) bu suallara ətraflı cavab veriblər, ancaq bu sual hal-hazırkı dövrdə də verilməkdədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ölüm qorxusu, nigarançılığı bir həqiqətdir ki, insanların əksəriyyətində mövcuddur. Kərbəla şəhidləri barəsində də deyirlər ki, otuz min nəfərlik ordu qarşısında çox az saylı orduya malik idilər. Bu döyüş adil döyüş deyildi. Ancaq onlar nə etdilər?
Ölümə o qədər yaxın oldular ki, sanki ana südünə susuzlamış körpədirlər. Bu sözü Kərbəla şəhidləri barəsində o kəs deyir ki, həm Allahın düşməni idi və həm də Kərbəlada olmuşdur. O, deyir: "Onlar qılınclarını çəkib öz qılınclarının kölgəsində qərar tuturdular. Ölümdən başqa bir şeyi tanımırdılar. Əgər biz onları öldürməsəydik, onlar bizi öldürəcəkdilər. Əgər biz suyu bağlamasaydıq, onlar bağlayardılar. Bizdən heç kəsi sağ buraxmazdılar".
Yəni bu məhdud sayda insan sayı otuz min nəfər olan ordunu məhv edəcəkdi. Söhbətimizin məqsədi budur ki, hətta düşmən belə, onların ölümlə nə qədər yaxın olduqlarının şahidi olmuşdur.
İnsanların heç də hamısı ölümdən qorxmur. Elə insanlar vardır ki, onların ölüm üçün hazırlıqları vardır. Ona görə də ölməkdən nigaran deyildirlər və qorxmurlar.
İmam Əli (ə) buyurur: "Əgər insan ölüm istedadına malik olsa, onun üçün fərq etməz ki, ölüm onun sorağına gəlsin, yoxsa o, ölümün sorağına getsin. Əgər insan ölümü qəbul etməyə hazırdırsa, nigaran olmaz".
Lakin insanların əksər hissəsi ölümdən qorxur və buna görə daima nigarandırlar. Bunun amilləri müxtəlifdir. Çox təəssüf ki, bir çoxlarımızın ölümün həqiqəti barəsində kifayət qədər məlumatımız yoxdur. Hər bir insan ölümə şəxsi prizmasından nəzər salır. Ölümü məhv və yox olmaq kimi təsəvvür edir. Bu baxış dəyişərsə və ölüm haqqında elmimiz və mərifətimiz çoxalarsa, o zaman nigarançılıqlarımız azalar.
İmam Əli (ə) buyurur: "Əgər behiştin xəyalını təsvir edildiyi kimi təsəvvür etsən, dünyada olanlardan soyuyarsan. Baxmayaraq ki, hamısı gözəl və cazibəli olsa belə. Arzuların və nəfsani istəklərinin üzərinə ayaq basarsan. Əgər behişt ağacları barəsində düşünsən ki, necə budaqları mehin əsməyi ilə rəqs edir, zülal bulaqların kənarında və hər tərəfdən cilvələnən meyvələrinə görə heyrətə qərq olarsan. Meyvə ilə dolu budaqlar zəhmət çəkmədən əlində olar ki, nə qədər istəsən dərəsən. Behişt xidmətçiləri bir an belə həmin saraydan və sakinlərindən qəflət etməzlər. Davamlı olaraq ləzzətli yeməklər və dadlı içəcəklərlə qulluq edərlər. Həmin diyarın sakinləri Allah tərəfindən ehtiram olunur və hər cür dəyişkənlikdən amandadırlar. Əgər sən ürəyini bu cür gözəl mənzərəyə diqqət etdirsən, qəlb və canınla ona müştaq olarsan. Ölüm və qəbir isə həmin diyarın qapı və darvazasıdır. Arzu edərsən ki, səni buradan götürsünlər və qəbrə tapşırsınlar".

Milli.Az


Tags:  Niyə insanlar ölümdən bu qorxurlar

RƏYLƏR


Top news