Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Türkiyə ilə əməkdaşlığına ümid edir

ABŞ Türkiyə ilə əməkdaşlığına ümid edir

Date: 3 November 2016 08:37

Vaşinqton Suriyada İŞİD-ə qarşı mübarizədə Türkiyənin ABŞ koalisiyası ilə əməkdaşlığına ümid edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, Türkiyə NATO üzvü olaraq qalır və Suriyada İŞİD-ə qarşı əməliyyatda mühüm töhfə verməyə davam edir.

Həmçinin, Türkiyə və Rusiya arasında münasibətlərinin istiləşməsi barədə sualı cavablandıraraq, o qeyd edib ki, ABŞ bu iki dövlət arasında yaxşı münasibətləri alqışlayır.

Milli.Az


Tags:  ABŞ Türkiyə əməkdaşlığına ümid edir

RƏYLƏR


Top news