Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu gün "Qarabağ" və "Qəbələ"növbəti görüşlərini keçirəcək

Bu gün "Qarabağ" və "Qəbələ"növbəti görüşlərini keçirəcək

Date: 3 November 2016 08:43

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. “Qəbələ” növbəti oyununa çıxacaq.

Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununda öz meydanında “Sent-Etyen”lə qarşılaşacaq. Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq. “Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdi. Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqaqli Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.

Digər təmsilçimiz “Qarabağ” isə səfərdə PAOK-la qarşılaşacaq. İki həftə əvvəl doğma meydanda bu rəqibinə 2:0 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını saxlayan ağdamlılar çətin səfərdən də heç olmasa 1 xalla dönərək ümidlərini davam etdirməyi arzulayır. Əgər “Qarabağ” Yunanıstanda uduzmasa, nəinki 1/16 final üçün nəzəri şanslarını saxlayacaq, hətta əsas hədəf uğrunda inamlı addım da atmış olacaq.

Avropa Liqası

IV tur

3 noyabr

C qrupu

22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa)

Baş hakim: Karlos Del Serro Qrande

Bakı. 8-ci km qəsəbə stadionu

1.

Anderlext

3

1

2

0

5:3

5

2.

Sent-Etyen

3

1

2

0

3:2

5

3.

Maynts

3

1

2

0

5:4

5

4.

Qəbələ

3

0

0

3

3:7

0

J qrupu

00:05. PAOK (Yunanıstan) – “Qarabağ”

Baş hakim: Con Biton

Saloniki. “Tumba” stadionu

1.

Fiorentina

3

2

1

0

8:2

7

2.

PAOK

3

1

1

1

2:3

4

3.

Qarabağ

3

1

1

1

5:7

4

4.

Liberets

3

0

1

2

4:7

1


Tags:  gün Qarabağ Qəbələnövbəti görüşlərini keçirəcək


RƏYLƏR


Top news