Pakistanda ağır qatar qəzası

Pakistanda ağır qatar qəzası
08:58 3 Noyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Pakistanın cənubunda yerləşən Karaçi liman şəhərində iki qatarın toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə həkimlərin məlumatlarına istinadən "Reuters" məlumat yayıb.

"Xəstəxanaya 11 meyit və 40 yaralı gətirilib", - deyə şəhər xəstəxanasının həkimlərindən biri bildirib.

Agentliyin məlumatına görə, Karaçi ilə digər yaşayış məntəqələri arasında dəmiryolu əlaqəsi kəsilib.

"Sinxua" xəbər verir ki, stansiyada dayanan sərnişin qatarına başqa bir qatar çırpılıb.

Faciə faktı ilə bağlı araşdırmalara başlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174547.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR