Ermənilər erməniyə pasport verir, AFFA isə...

Ermənilər erməniyə pasport verir, AFFA isə...
09:07 3 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Milliləşdirilmiş futbolçulara bir çox ölkələrin milli komandalarında rast gəlmək olar.  Fanat.Az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu işdə qabaqcıllardan olsa da, Avropa zonasında liderlik UEFA-nın yeni üzv Kosovoya məxsusdur.


Rusiyanın sports.ru saytında yer alan yazıda Kosovanın heyətində 17 milliləşdirilmiş futbolçu olduğu qeyd olunub. İkinci sırada Şotlandiya qərarlaşıb – 11 nəfər. “Üçlüy”ü heyətində 10 analoji statusa malik oyunçunun yer aldığı Lixtenşteyn qapayır. 


Dördüncü yerdə isə Azərbaycan və Ermənistan durur. Bədnam qonşularımız da bizim kimi 9 futbolçunu milliləşdiriblər. Lakin önəmli bir fərq var: AFFA-dan fərqli olaraq, Ermənistan Futbol Federasiyası əsasən erməni əsilli futbolçulara pasport verib.


AFFA-nın milliləşdirdiyi oyunçulardan Bədavi Hüseynov, Arif  Daşdəmirov (hər ikisi “Qarabağ” ), Ruslan Qurbanov və Məhəmməd Mirzəbəyov (hər ikisi “Qəbələ”) Rusiyada doğulublar. Sözügedən “dördlük”dən heç biri azərbaycanlı deyil, dağıstanlıdırlar. Ufuk Budak (“Kayserispor”, Türkiyə) türkdür, Almaniyada doğulub. Dimitri Nazarov (“Aue”, Almaniya) isə Qazaxıstanda dünyaya gəlib, həm də Almaniya pasportu daşıyır. Onun da yuxarıda adları qeyd edilən futbolçular kimi Azərbaycana heç bir aidiyyəti yoxdur.


Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə) Rusiyada dünyaya gəlsə də, azərbaycanlıdır. Eyni sözlər Ukraynada doğulan Pavel Paşayevə də aid etmək olar. Eddi İsrafilov (“Kadis”, Türkiyə) İspaniya doğumludur. Atası anqolalı, anası isə azərbaycanlıdır.


Ermənistan millisinin heyətinə gəlincə, Arsen Beqlaryan, Sergey Avaqimyan, Artur Sarkisov, Ruslan Koryan və David Arşakyan Rusiyada dünyaya gəlib. Qael Andonyan Fransa, Araz Özbiliz Türkiyə, Yura Movsisyan isə Azərbaycan doğumludur. Ermənistan Futbol Federasiyasının milliləşdirdiyi yeganə qeyri-erməni futbolçu braziliyalı Markos Pitsellidir.


Qeyd edək ki, müəllif “milliləşdirilimiş” deyərkən,  bir ölkədə dünyaya gəlib, digər bir ölkənin milli komandasına cəlb olunan futbolçuları nəzərdə tutub. Yəni, etnik mənsubiyyət əsas götürülməyib. Bu səbəbdən, məsələn, Sankt-Peterburqda doğulan Ramil Şeydayev bu siyahıda yer aldığı halda, Saatlıda dünyaya gələn Emin Mahmudov qeyd edilməyib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ermnilr-ermniy-pasport-verir-affa-is-t53856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR