Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bir sıra yollarda vəziyyət təhlükəli hal aldı

Bir sıra yollarda vəziyyət təhlükəli hal aldı

Date: 3 November 2016 09:12

"Sürüşmə prosesinin aktivləşməsi ilə əlaqədar Azərbaycanın Quba-Xınalıq, Xızı-Altıağac yollarında çox təhlükəli vəziyyət yaranıb".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Sitarə Tarixəzəri deyib.

Onun sözlərinə görə, hazırda Azrbaycanın əksər rayonlarında sürüşmə sahələrinin çox aktivləşib.

S.Tarixəzəri ölkədə sürüşmə sahələri olduqca çox fəallaşan rayonların adlıarını da açıqlayıb. Alim bildirib ki, Şamaxı, Ağsu, İsmayllı rayonlarında, eləcə də İsmayıllının Basqal kəndində sürüşmə sahələri çox aktivləşib.

Hazırda Böyük Qafqazın şimal-şərq yamacında - Quba, Qusar, Xızı, Şabran, Siyəzəndə, eyni zamanda Kiçik Qafqazda - Goranboy, Daşkəsən, Gədəbəy, Göygöldə sürüşmə prosesi hazırda çox aktivdir.
İnstitut əməkdaşı qeyd edib ki, Göygöl rayonunun xüsusilə İstisu kəndində sürüşmə prosesi çox aktivləşib.

Milli.Az


Tags:  sıra yollarda vəziyyət təhlükəli hal aldı

RƏYLƏR


Top news