Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşacaq

Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşacaq
09:29 3 Noyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakının Nərimanov rayonu Təbriz küçəsi 130 ünvanında yerləşən “Bakı Konqress Mərkəzinə” məxsus ərazidə abadlaşdırma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri ilə əlaqədar 2016-cı il 29 oktyabr tarixində saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, təmir işləri 24 saat davam edəcək.

 

Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR