Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Atəşkəs 18 dəfə pozuldu

Atəşkəs 18 dəfə pozuldu

Atəşkəs 124 dəfə pozuldu (10 Mart 2017 09:54)
Cəbhədən son XƏBƏR: atəşkəs 145 dəfə pozuldu (28 Fevral 2017 11:29)
Atəşkəs 33 dəfə pozuldu (11 Fevral 2017 10:58)

Tarix: 3 Noyabr 2016 09:34

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 


İşğal altında olan Füzuli rayonunun Horadiz, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Teqlər:  Atəşkəs 18 dəfə pozuldu



RƏYLƏR


Top xəbərlər