Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı təhlükədədir

Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı təhlükədədir
09:37 3 Noyabr 2016
228 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı təhlükədədır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu səbəbdən girovların ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin önünə toplaşıb yardım istəyiblər. Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı girovlardan biri Şahbaz Quliyevin sonuncu dəfə yazdığı məktub bacısına verilib.

Bu barədə isə cebhe.info-ya Ş.Quliyevin qardaşı Manaf Quliyev məlumat verib. "Məktubun əvvəlki cümlələri heç də digərlərindən fərqlənmir. O, səhhətinin yaxşı olduğunu, ancaq anamdan nigaran olduğunu yazıb",- deyə M.Quliyev bildirib. Girovluqda olan soydaşımız məktubda Dilqəm Əsəgrovdan də söz açaraq onun səhhətinin ağır olduğunu bildirib: "Artıq Dilqəmi başqa yerə aparıblar. Onun vəziyyətı yaxşı deyildi, son günlər halı daha da pisləşmişdi. İndi onu başqa yerə aparıblar, ondan xəbər tuta bilmirəm",- deyə Şahbaz Quliyev yazıb.

Artıq iki ildən çoxdur ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çarəsiz durumdadır. Bu haqda modern.az-a danışan girovun oğlu rəsmi qurumların məsələyə laqeydliyindən narazılığını ifadə edib: "Uzun müddətdir ki, atamdan nə normal xəbər alıram, nə də hansısa qurumun normal iş həyata keçirdiyini görürəm. Ayda bir dəfə məktub gəlir, onu da kimin yazdığını bilmirəm artıq. Bu belə davam edə bilməz".

K.Əsgərov sonunda ölüm olsa da, atasını görməyə gedəcəyini deyir: "Əgər bacarmırlarsa, mən özüm atamın arxasınca gedəcəm. Ermənilərdən də qorxmuram. Sadəcə, bizimkilər imkan versinlər ki, mən oraya gedə bilim. Tək Kəlbəcərdən yox, Qarabağdan-Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının hərəsindən 2-3 könüllü olsa, yığışıb Kəlbəcərə gedəcəm. Sonunda ölüm varsa belə, atama qovuşmaq istəyirəm".

Qeyd edək ki, işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərindən belə aydın olur ki, saxlanılan şəxs ailəsinə yazdığı məktubda digər saxlanılan şəxs barədə məlumat verə bilməz: ""Qırmızı Xaç məktubları" ailə məktublarıdır. Bunu yazan ailəsinə yazır və yalnız özü haqqında yaza bilər. Qırmızı Xaç Komitəsinin məktublarında başqa heç bir məlumat yazıla bilməz. Yalnız bunu deyirəm ki, Dağlıq Qarabağda saxlanılan şəxslərə məktublarında yalnız özləri barədə məlumat yazmağa icazə verilir. "Qırmızı Xaç məktubu"nun mənası budur".

Komitə rəsmisi qeyd edib ki, bu məktub açıq məktubdur:

"Məktub ondan ötrüdür ki, yaxını saxlanılan şəxs barədə məlumat alsın, ya da əmin olsun ki, məktub onun əli ilə yazılıb. Əsas məqsəd həmin şəxslə ailəsi arasında əlaqələrin saxlanılmasıdır. "Qırmızı Xaç məktubları"nın mənası budur. Ona görə də həmin məktubda ancaq və ancaq ailə məlumatı olur və qeyrisi barədə məlumatın yer almasına icazə verilmir".

"Sentyabr ayından atamdan xəbər tuta bilmirəm. Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri sentyabrda yalandan bir məktub gətirdilər ki, atamla görüşüblər. Amma məktub rus dilində idi. Bu sözlər yazılmışdı: "Салам, я твое письмо получил, всем привет" ("Salam, sənin məktubunu aldım, hamıya salam"). Mən bu məktubu atamın yazdığına inanmadım. Qırmızı Xaçın nümayəndələri də təsdiq etdilər ki, əsl məktubu sizə verə bilmərik". Bu sözləri turkustan.info saytına açıqlamasında Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, bu məktubdan bir ay sonra Şahbaz Quliyevdən məktub gəlib ki, "Dilqəmin vəziyyəti yaxşı deyildi, apardılar başqa yerə. Xəbər tuta bilmirəm". D.Əsgərovun oğlu məsələni araşdırmaq üçün oktyabrın 31-də Qırmızı Xaç Cəmiyyətinin Bakı ofisinə gedib: "Soruşdum ki, bu nə məsələdir, atama nə olub, haraya aparıblar, vəziyyəti necədir? Amma təəssüf ki, heç bir məlumat vermədilər".

Qeyd edək ki, sosial şəbəkələrdə erməni separatçılarına əsir düşən azərbaycanlıların 1994-cü ildə çəkilmiş görüntüləri yayılıb. Videokadrları facebook-da "Karabakh War Pictures" səhifəsi paylaşıb. Səhifə görüntülərin üzərində bu sözləri yazıb: "Qarabağda ermənilər tərəfindən girov götürülən azərbaycanlı savaş əsirləri ilə "xoş rəftar"..."

Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın işğaldakı torpaqlarını azad etmək ixtiyarı olduğu kimi, girovları xilas etmək üçün də antiterror əməliyyatları keçirə bilər.

Bu barədə fərqli arqumentləri olan politoloq Arzu Nağıyev "Yeni Müsavat"a bunları deyib: "Dilqəm Əsgərovun və Şahbaz Quliyevin antiterror əməliyyatı keçirilməsi ilə azad olunması məsələsi uzun çəkən və bu gün mümkünsüz olan məsələdir. İlk öncə həmin əməliyyat nəticəsində ərazilərimizdə məskunlaşmış işğalçı terroristləri qovmaq olar, bu müddət ərzində isə onlar əsir və girovlar haqqında hər cür xoşağəlməz qərarlar qəbul edə bilərlər. Belə əməliyyatlar əsasən xüsusi təyinatlı dəstələr tərəfindən məhz kəşfiyyat, əməliyyat-axtarış və digər tədbirlər nəticəsində aparılır.

Bu isə böyük risk və vacib hazırlıq tələb edir. Konkret Dilqəm Əsgərovla bağlı məsələ isə bu gün beynəlxalq humanitar təşkilatların məhz erməni rəhbərliyinə qətiyyətli təzyiqi ilə mümkündür. Çünki hətta müharibə qanunlarına görə də səhhətinin ağır olması bunu gündəmə gətirə bilər. Bundan başqa, ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu məsələni qaldıra bilərlər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD-in bombardmanının görüntüləri yayıldı - VİDEO

21 Avqust 2017 10:53

Amerikalı aktyor Cerri Lyuis 91 yaşında vəfat edib

21 Avqust 2017 10:52

Azərbaycanlı zənginlərin "İnstaqram"-da "pul şousu"

21 Avqust 2017 10:50

Zakir Qaralov Qaxda vətəndaşları qəbul edəcək

21 Avqust 2017 10:47

Tovuzda ağır yol qəzası

21 Avqust 2017 10:45

Yeni nazir təyinatı haqda xəbər təsdiqlənmədi

21 Avqust 2017 10:43

20 yaşlı ana və iki körpəsi yoxa çıxıb - BAKIDA

21 Avqust 2017 10:39

Bolqarıstan prezidenti: "Dayanıqlı gələcəyi qurmağın yollarını aramalıyıq"

21 Avqust 2017 10:37

TƏHLÜKƏ: "İnstaqram" hesabı olanlar mütləq oxuyun!

21 Avqust 2017 10:37

Jest dilinin avtomatlaşdırılmış tərcüməçisi çap edilib

21 Avqust 2017 10:35

Bu gün növbəti mərhələ başlayır

21 Avqust 2017 10:35

Kollec və texnikumlara qəbul olanların qeydiyyatı yekunlaşır

21 Avqust 2017 10:34

Ana 2 azyaşlı övladı ilə itkin düşdü

21 Avqust 2017 10:33

Viktor Yuşenkonun həyat yoldaşı: "Bakı Qlobal Forumu yüksək səviyyədə təşkil edilib"

21 Avqust 2017 10:32

Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib

21 Avqust 2017 10:32

Azərbaycanda soyuducu istehsal edən müəssisə hərraca çıxarılıb

21 Avqust 2017 10:32

BAKIDA SİLAHLI ŞƏXS: Polis hər yerdə onu axtarır

21 Avqust 2017 10:32

Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib

21 Avqust 2017 10:27

Messi transfer olunur - ŞOK RƏQƏM

21 Avqust 2017 10:27

Rəqsanə "İnstaqram"-da maraqlı VİDEO paylaşdı və...

21 Avqust 2017 10:25

Nazpəri Dostəliyevanın evindən pul dolu seyf oğurlandı

21 Avqust 2017 10:23

Aydın Əliyev Göyçayda qəbul keçirəcək

21 Avqust 2017 10:23

Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

21 Avqust 2017 10:22

Aygün Kazımovanın çılpaq oğlanla FOTOSU yayıldı

21 Avqust 2017 10:19

Məşhur aktyor gecə yarı keçmiş sevgilisi ilə bu vəziyyətdə görüntüləndi - FOTO

21 Avqust 2017 10:18

İlk dəfə nəhəng asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək

21 Avqust 2017 10:17

ABB-yə borc müqabilində girov qoyulmuş müəssisələrdən biri satılıb

21 Avqust 2017 10:17

Latviyanın keçmiş prezidenti: "Bakıda keçirilən Qlobal Forum gənc liderlər üçün faydalı platformadır"

21 Avqust 2017 10:17

Azərbaycanda külək elektrik stansiyalarında istehsal 20% azalıb

21 Avqust 2017 10:17

Bakı-Sumqayıt qatarlarının hərəkətində yenidən

21 Avqust 2017 10:15

Adnan Oktardan təcavüzə uğrayan qadınlara DƏSTƏK

21 Avqust 2017 10:13

Azərbaycan dövləti Gürcüstan vətəndaşını beynəlxalq axtarışa verib

21 Avqust 2017 10:12

Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…

21 Avqust 2017 10:07

Abituriyentlər DİQQƏT: Qeydiyyat başa çatır

21 Avqust 2017 10:07

Tarixdə BU GÜN

21 Avqust 2017 10:03

Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

21 Avqust 2017 10:02

Azərbaycan Ukraynadan 26 mln. dollarlıq siqaret alıb

21 Avqust 2017 10:02

BU GÜN DİQQƏTLİ OLUN: Gözünüz göydə olsun

21 Avqust 2017 09:59

Göyçay sakini baldızının nişanlısını qətlə yetirib

21 Avqust 2017 09:57

Azərbaycan güləşçiləri dünya çempionatında mübarizəyə başlayır

21 Avqust 2017 09:57

Melburn şəhərinin bir hissəsi terror təhlükəsi səbəbindən mühasirəyə alınıb

21 Avqust 2017 09:57

Nazirlik İmişlidə yulğun kollarını məhv edən şəxsi 2 min manat cərimələyib

21 Avqust 2017 09:57

ABŞ-a məxsus hərbi gəmi neft tankeri ilə toqquşdu: 10 ölü, 5 yaralı

21 Avqust 2017 09:53

Bakıda qız qoca anasının başına stəkanla vurub

21 Avqust 2017 09:52

Neslihan Atagül gözəlliyi ilə gəlini KÖLGƏDƏ QOYDU - FOTO

21 Avqust 2017 09:48

Birjalarda neft ucuzlaşdı

21 Avqust 2017 09:46

Bakıda 19 yaşlı qızı avtomobil vurub

21 Avqust 2017 09:42

Qurban Qurbanov "Qarabağ"la 400-ü gördü

21 Avqust 2017 09:39

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başlayır

21 Avqust 2017 09:37

"Erotik "WhatsApp" yazışması", "Qızını zorladı", "Zaur öldü"

21 Avqust 2017 09:36