Gülən Pensilvaniyadan köçür

Gülən Pensilvaniyadan köçür
09:43 3 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 15 iyul qiyamına cəhd hadisələrinin əsas təqsirkarı olan Fətullah Gülən hazırda yaşadığı Pensilvaniya ştatından köçməyə qərar verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fətullah Gülən Vaşinqton yaxınlığında yerləşən Virciniya bölgəsinə köçəcək.

ABŞ-ın Virciniya əyaləti isə Gülən məktəblərinin, dərnəklərinin və fondlarının geniş fəaliyyət göstərdiyi bölgələrdən biridir.

Həmçinin Virciniyada Gülənə bağlı olan Amerika Türk Dostluq Dərnəyi (ATFA), Türk İslam Araşdırmaları İnstitutu, Şimali Virciniya Təhsil Vəqfi, Türk Amerikan Alimləri Cəmiyyəti, Turkuvaz Vəqfi, Vaşinqton Təhsil Vəqfi kimi təşkilatlar fəaliyyət göstərir.

Fətullah Gülənin yeni iqamətgahının yerləşdiyi yerin digər özəlliyi isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Baş Qərargahının burada yerləşməsidir.

Hazırda Türkiyə hökumətinin 15 iyul hadisələrinə görə casusluq ittihamı ilə axtardığı “FETÖ” rəhbərlərindən biri Emre Uslu da ən son Virciniyada görünüb.

Türkiyə mediası yazır ki, ABŞ Fətullah Gülənin “üçüncü” ölkəyə qaçırmaq planını hələlik təxirə salıb: “Əvəzində isə Fətullah Güləni və onun əsas adamlarını ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi qoruyacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR