Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərəb şahzadə şallaqlandı

Ərəb şahzadə şallaqlandı

Date: 3 November 2016 09:47

Səudiyyə Ərəbistanı Krallığında hakim sülalənin mənsubu olan şahzadələrdən biri ağır cəza alıb.

Milli.Az Okaz-a istinadən bildirir ki, Ciddə şəhər məhkəməsinin qərarına uyğun olaraq həbsxananın həyətində şahzadəyə 15 şallaq zərbəsi vurulub.

Daha sonra isə o, kameraya salınıb.

Bu, son ayda Səudiyyə Ərəbistanında cəzalanan ikinci şahzadədir.

Oktyabrın 19-da şahzadə Turki bin Səud əl Kəbir qətldə suçlanaraq edam edilmişdi. O, Adel əl Muhəmməd adlı şəxslə dalaşandan sonra onu güllələməkdə suçlanmışdı.

Səudiyyə Ərəbistanının kralı, 80 yaşlı Salman ibn Əbdül Əziz ölkədəki yüzlərlə şahzadənin başıpozuq həyatını nizamlamaq niyyətində olduğunu deyib.

Milli.Az


Tags:  Ərəb şahzadə şallaqlandı

RƏYLƏR


Top news