Əflatun Amaşov: "Bu, Azərbaycana qarşı qərəzdir"

Əflatun Amaşov: "Bu, Azərbaycana qarşı qərəzdir"
10:05 3 Noyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gürcüstan öz ərazisindən Azərbaycana qarşı istifadə olunmasına imkan verməz" (02 İyun 2017 21:03)
"Gürcüstan öz ərazisindən Azərbaycana qarşı istifadə olunmasına imkan verməz" (02 İyun 2017 19:57)
Əflatun Amaşov: Gürcüstan öz ərazisindən Azərbaycana qarşı istifadə olunmasına imkan verməz (02 İyun 2017 19:50)

"Sərhədsiz reportyorlar"ın açıqladığı son hesabatda Azərbaycanda son bir ildə mətbuatın durumunun pisləşdiyi, bu səbəbdən mətbuat azadlığı reytinqində 162-ci yerdən 163-cü yerə endiyi bildirilir. Siyahıda 180 ölkə yer alıb.

Milli.Az bununla bağlı Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Əflatun Amaşovun azadliq.org-a verdiyi müsahibəni təqdim edir:

- Əflatun bəy, qurumun təqdim etdiyi hesabatdan məlum olur ki, mətbuat azadlığının səviyyəsinə görə, Azərbaycan ötən illə müqayisədə bir pillə də geriləyib. Qurumun bu sıralamasını necə dəyərləndirirsiniz?

- Sərhədsiz Reportyorların siyahısında nədənsə Azərbaycan həmişə arxa sıralarda olur. Bir şeyi anlamıram, bəzən elə dövlətlər reytinq cədvəlində Azərbaycandan öndə olur ki, orada söz və mətbuat azadlığından söhbət gedə bilməz. Bu, Latın Amerikası, Afrika, Asiya ölkələridir. Azərbaycan bu ölkələrdən də aşağıda olur. İndi də baxıram ki, burada eyni vəziyyətdir. Əlbəttə, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı bəzi nüansları müzakirə etmək olar, elə o hesabatda göstərilən məsələləri də. Ancaq 25 ildir müstəqillik qazanan Azərbaycanda hər kəsin fikrini ifadə edə biləcəyi hər cür mətbuat orqanı var. Ölkənin harasındasa bir hadisə baş verəndə, o elə yerli ictimaiyyətə də, dünya ictimaiyyətinə də asanlıqla çatdırıla bilər. Əhalinin 80 faizə yaxının internetə çıxışı var, milyon yarımdan çox insan sosial şəbəkələrdə fikrini bölüşür və paylaşır.

- Sizcə, bütün bunlar "Azərbaycanda mətbuatın heç bir problemi yoxdur" deməyə yetərlidir?

- Azərbaycan mətbuatının iqtisadi problemlərindən danışmaq olar. Reklamla bağlı bəzi problemlər var. Ancaq Azərbaycanı Şimali Koreya ilə, Suriya ilə müqayisə etmək doğru deyil. Bu, mənim fikrimdir. Ona görə də hesabat müəlliflərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünürəm.

- Azərbaycanın qonşusu olan Gürcüstan siyahıda 64-cü, Ermənistansa 74-cü yerdədir...

- Ola bilər. Amma Azərbaycanın qonşularından biri də Türkiyədir. Türkiyənin də adı, dövlət rəhbərinin də adı düşmən siyahısındadır. Amma son zamanlar bu ölkədə baş verən olayları, siyasi vəziyyəti, mətbuatın bu zaman tərəfə çevrilməsini nəzərə alanda, Türkiyə rəhbərliyinin adının bu siyahıya salınması da, məncə, qərəzdir. Bu, Türkiyəyə qarşı olan bəzi dövlətlərin, beynəlxalq qurum rəhbərlərinin münasibətindən qaynaqlanır.

- Amma Əflatun bəy, Türkiyədə son bir ildə onlarla media qurumu qapanıb, onlarla jurnalist həbs edilib, nə qədəri də ölkəni tərk etməyə məcbur qalıb. Tərəzinin bu gözünə də baxanda nə demək olar?

- Mən bu haqda yetərincə məlumatlıyam. Nə qədər internet portalının, qəzetin bağlanmasından, nə qədər jurnalistin saxlanılmasından məlumatlıyam. Amma bu ölkədə dövlət çevrilişinə cəhd də oldu. Dövlət çevrilişinə cəhd edənləri dəstəkləyən qüvvələr də oldu. Əlbəttə, müəyyən məsələlərə aydınlıq gətirməkdən ötrü insanlar saxlana da, dindirilə də, günahı varsa, cəza ala da bilər. Ona görə də hesabatı qərəzli sayıram. Xüsusən, Azərbaycanla bağlı deyilənləri. Hesabat 2016-cı ilə aiddir. Amma deyilir ki, bir sıra jurnalistlərlə bağlı gizli çəkilişlər edilib. Bu il belə hadisə baş verməyib axı. Orada AzadlıqRadiosu ilə bağlı məsələni də müzakirə etmək olar, əlbəttə. Bu zaman Azərbaycan qanunvericiliyinə nəzər salına bilər ki, xarici ölkələrin hüquqi və fiziki şəxsləri hansı formada, hansı şərtlərlə mətbuat vasitəsi yarada bilər. KİV haqda qanunda bu məsələ birmənalı göstərilib və dövlətlərarası qanunla tənzimlənir. Azərbaycan ilə ABŞ radionun fəaliyyəti ilə bağlı razılığa gələ bilər, məncə. Yəni nələrisə müzakirə etmək mümkündür, ancaq Azərbaycanı Şimali Koreya ilə müqayisə etmək düzgün deyil. Bu ölkədə insanların adi internetə çıxışı yoxdur. Azərbaycanı onunla bir sıraya qoymaq... Bir ölkədə ki Ədliyyə Nazirliyinə müraciət etməklə, nazirliyin cavabını gözləmədən 7 gün ərzində qəzet açmaq olar, hər gün bir xəbər portalı açılır, insanlar sosial şəbəkələrdə fikrini sərbəst ifadə edir, onu reytinq cədvəlində 163-cü yerə qoymaq... Guya vəziyyət daha da çətinləşib. Belə getsə, gələn dəfə Azərbaycan ən axırıncı yerə, 180-ci yerə düşəcək. Söz azadlığı üçün bu cür imkanlar olan ölkəni 163-cü yerə qoyasan, onun prezidentini mətbuatın düşməni elan edəsən - bu, olsa-olsa, qərəzdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pakistanda partlayışlarda həlak olanların sayı 85 nəfərə çatıb

24 İyun 2017 21:57

PayPal-a ani pul köçürmələri funksiyası gəlib

24 İyun 2017 21:57

Siyəzəndə maşın maneəyə çırpılıb, yaralı var

24 İyun 2017 21:52

Piyada yeriməyin daha bir faydası

24 İyun 2017 21:52

Cənnət Allahın sevgisində, cəhənnəm qəzəbindədir

24 İyun 2017 21:52

Konfederasiyalar kuboku: Rusiya mübarizəni dayandırdı

24 İyun 2017 21:50

Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

24 İyun 2017 21:48

Prezident Məmnun Hüseynə başsağlığı verdi

24 İyun 2017 21:44

Hepatit C xəstəliyi haqqında formalaşmış 7 YANLIŞ FİKİR

24 İyun 2017 21:42

Aktyora çevrilən 10 ulduz idmançı - FOTO

24 İyun 2017 21:42

Məhkəmə Messi qərarını verdi

24 İyun 2017 21:33

Açıq-saçıq şəkillər sonu oldu -

24 İyun 2017 21:33

Mərasimin ulduzu oldu - FOTO

24 İyun 2017 21:32

Uşaqlara əmzik vermək lazımdırmı?

24 İyun 2017 21:22

Sumqayıt bulvarında yeni yasaq - VİDEO

24 İyun 2017 21:17

Mingəçevirdə uşaq ağcaqanad dərmanı içib zəhərləndi - VİDEO

24 İyun 2017 21:17

Fitrə zəkatının miqdarı nə qədərdir?

24 İyun 2017 21:17

Bayramın "qara"sı necə olur? - VİDEO

24 İyun 2017 21:12

Namazda qəlb hüzuru əldə etməyin yolları

24 İyun 2017 21:12

Kredit borcu olanlar fitrə verə bilər? - VİDEO

24 İyun 2017 21:12

Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır - VİDEO

24 İyun 2017 21:12

Rusiya Meksikaya uduzaraq Konfederasiyalar Kubokunda mübarizəni dayandırıb

24 İyun 2017 21:07

Bakıda dayanacaqların şüşələrini kim sındırır? - VİDEO

24 İyun 2017 21:05

Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - VİDEO

24 İyun 2017 21:05

Kəsirlər, qızardırlar yeyirlər -

24 İyun 2017 21:05

Müəllimənin seks əyləncəsi

24 İyun 2017 21:03

Hemilton Azərbaycan Qran Prisinin təsnifat mərhələsində çıxışını müsbət qiymətləndirib

24 İyun 2017 21:01

Saxlanılan oğru: "Ev sahibindən üzr istəyirəm" - VİDEO

24 İyun 2017 20:57

Çimərlik mövsümü onların işinə yaradı - VİDEO

24 İyun 2017 20:57

İmişli-Beyləqan yolunda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı - VİDEO

24 İyun 2017 20:57

Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib

24 İyun 2017 20:57

Bizə demokratiya dərsi keçənlərin yüz illərdir dəyişməyən siyasəti

24 İyun 2017 20:57

1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün - FOTO

24 İyun 2017 20:52

Rəhbəri Quran olanın zavalı olmaz

24 İyun 2017 20:52

"Mercedes" aşdı, yaralı var

24 İyun 2017 20:49

Qarğıdalı necə qaynadılır?

24 İyun 2017 20:47

Ermənistan NATO naminə Rusiyaya xəyanətə hazırlaşır

24 İyun 2017 20:42

İsti havada hansı qidaları qəbul etmək olmaz? -

24 İyun 2017 20:36

Mingəçevirdə təbii fəlakət: evlər su altında qaldı

24 İyun 2017 20:34

Sevgilisi ilə Las-Veqasa getdi - FOTO

24 İyun 2017 20:32

Qum prosedurları sağaldır və arıqladır

24 İyun 2017 20:22

Sabirabadda AĞIR QƏZA: 5 nəfər...

24 İyun 2017 20:18

20 yaşlı azərbaycanlı “qadın”ın faciəsi - FOTO

24 İyun 2017 20:17

İnsan namaz qılıb bitirəndən sonra...

24 İyun 2017 20:17

Xeyir işi etmək istədikdə, niyə tələsməliyik?

24 İyun 2017 20:12

İsraildən Azərbaycana yeni silahların gətirilməsi gözlənilir

24 İyun 2017 20:12

Prezident İlham Əliyev Xorvatiya və Sloveniya dövlət başçılarına -

24 İyun 2017 20:09

Palmer Azərbaycan Qran-Prisində iştirak edəcək

24 İyun 2017 20:08

Çılpaq fotolarını yaydı: "Ərə getməyə hazırlaşıram" - FOTO

24 İyun 2017 20:05

Azərbaycanda ağır qəza: 5 yaralı - FOTO

24 İyun 2017 20:05