Bakıda 26 yaşlı qız qeyri-adi üsulla intihar etmək istədi

Bakıda 26 yaşlı qız qeyri-adi üsulla intihar etmək istədi
10:13 3 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihara cəhd olub.

Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Samirə Əli qızı Məmmədova yaşadığı evin qapıları qıfıllayaraq təbii qaz xəttini açıb.

O, daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək bu yolla intihara əl atdığını deyib.

Dərhal hadisə yerində polis əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Qapını sındıraraq evə daxil olan polis əməkdaşları S. Məmmədovanı huşsuz vəziyyətdə aşkar ediblər. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR