Merkel Türkiyəni TƏHDİD ETDİ

Merkel Türkiyəni TƏHDİD ETDİ
10:17 3 Noyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel Türkiyənin "Cümhuriyyət" qəzeti ətrafında baş verən son olaylara münasibət bildirib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel "Cümhuriyyət"in jurnalistlərinin saxlanılmasını tənqid edərək, vəziyyəti "həyəcanverici" adlandırıb.

Türkiyədəki mövcud mətbuat azadlığındakı durumun özü və Almaniya hökuməti üçün həyəcanverici olduğunu yazan Merkel yaşanan son olayları ümumi jurnalistikanın "həbsi" kimi qiymətləndirib:

"Jurnalistlər və onlar kimi Türkiyədə çətin şərtlərdə mətbuat və ifadə azadlığı mübarizəsi aparanlar yanlarında olacağımızdan əmin ola bilərlər".

Almaniyanın Türkiyədəki səfiri Martin Erdmannın mətbuat və ifadə azadlığının onlar üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirmək üçün dünən "Cümhuriyyət" qəzetinin redaksiyasını ziyarət etdiyini də xatırladan Merkel: "Təbii ki, belə bir mövzu AB ilə müzakirələrdə çox vacib rol oynayır. Vəziyyət həyəcanverici həddədir", - deyə bildirib.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR