Tolikdən "Azərişıq"a daha bir cavab: "Yaxşı ki, borcum yoxdur"

Tolikdən "Azərişıq"a daha bir cavab: "Yaxşı ki, borcum yoxdur"
10:31 3 Noyabr 2016
313 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) yenə də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini ittiham edib.

Axşam.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Tolikin şikayətlərinə verdiyi “Yaşadığı evin ünvanını da desin, biz bilək ki, həftədə 3 dəfə işıqları kəsilən yer haradır. Bəlkə heç Tolikin mənzilində işıq yoxdur?” cavabı qarşı tərəfi özündən çıxarıb.

Prodüser yenidən “Azərişıq”ın ünvanına tənqidlər səsləndirib:

“Tanrıverdi müəllim, sizin nəzərinizə çatdırım ki, bəzi qurumlar kimi Bakını problemsiz görməyiniz verdiyiniz cavabdan bəllidir. Birincisi mən "Xırdalanda yaşayıram" dedim. Deməli, siz də bilirsiniz ki, Bakıda elə evlər var ki, orada “işıq olmur”. İkincisi, siz tək məndən yox, gəlin Xırdalanda hamıdan soruşun, burada sizə deyərlər işıq olur, ya yox. Bilməmişdim, gəlib sizin qapınızı döyüb müraciət edəcəyəm. Cənab prezidentin sözləri yadınızdan çıxmasın, bunu qulağınıza sırğa edin: “Dövlət məmurları xalqın qulluğunda durmalıdır”. Hələ bir sənə zəng vurub, işıq istəyəcəkdim. Gəlin işıq kabellərini yoxlayın. Sizə ayrılan pullardan qat-qat ucuzunu alıb qoyursunuz deyə, iki gündənbir partlayırlar. Bunun mənə cavabına bax, “Evində işığı bəlkə yoxdur”. Sənin evində işığın var, qalanında olmasa da, olar. Yaxşı ki, borcum yoxdur, çıxıb deyərdin ki, borcuna görə kəsilib”.

Qeyd edək ki, Tolik bir neçə gün əvvəl evində həftədə 3 dəfə işıqların sönməsindən şikayətlənmişdi.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR