Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət katibi: "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır"

Dövlət katibi: "ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır"

Date: 3 November 2016 10:32

"ABŞ vahid, güclü və dinc Avropa tərəfdarıdır".

Milli.Az report-a istinadən bildirir ki, bunu ABŞ dövlət katibi Con Kerri jurnalistlərin Rusiyanın Avropa ölkələrinə təsiri haqqında verdiyi sualı şərh edərkən deyib.
Dövlət katibi vurğulayıb ki, ABŞ həm Avropada, həm də dünyanın digər regionlarında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün çalışır. C.Kerri bu baxımdan İŞİD-ə qarşı kampaniyadakı iştirakını, ABŞ-ın Qərbi Afrikadakı problemə reaksiyasını, Kuba ilə əlaqələrin yaxşılaşdırılmasını qeyd edib.
"Bütün dünya üzrə belədir. Bəs Rusiya nə edir? Onlar insan hüquqları üçün nə edir? Və ya beynəlxalq hüquq normalarını pozaraq Ukraynaya nə ediblər?! ABŞ isə başqa ölkələrin böhranın öhdəsindən gəlməsi, sülh və sabitliyin bərqərar olması üçün çox şey edir", - deyə C.Kerri bildirib.
ABŞ-ın Yaxın Şərqdəki münaqişələrlə bağlı strategiyasını şərh edən dövlət katibi əsas məqsədin danışıqlar üçün tərəfləri bir araya toplamaq olduğunu vurğulayıb. O, ABŞ-ın bu regionda sülhün hökm sürməsində, terror hücumlarının olmamasında maraqlı olduğunu söyləyib: "Liderlərin danışıqlar masasına əyləşib atacaqları addımları müzakirə etmələri zəruridir. Biz bu məsələnin üzərində çalışırıq və səylərimizi səngitməyəcəyik. Bu cür işləri Liviya, Yəmən, İraq, Suriya, Əfqanıstan, Ukraynada həyata keçiririk".

Milli.Az


Tags:  Dövlət katibi ABŞ vahid güclü dinc Avropa tərəfdarıdır

RƏYLƏR


Top news