Bakıda ilk: Ödənişsiz aktyorluq kursları

Bakıda ilk: Ödənişsiz aktyorluq kursları
10:47 3 Noyabr 2016
89 Şou
Ölkə mətbuatı
A- A+

Addım Gənclər Təşkilatı və Actors Agency "Addım Actors Academy" adlı yeni bir layihə həyata keçirir. Layihə "Vahid məkan" layihəsinin ilkin mərhələsidir.

Milli.Az xəbər verir ki, "Addım Actors Academy" layihəsi çərçivəsində aktyor sənəti üzrə təhsil alan, fəaliyyət göstərən və ya gələcəkdə fəaliyyət göstərmək niyyətində olan gənc aktyorlar üçün ustad dərsləri təşkil olunacaq. Layihədə iştirak ödənişsizdir və iştirakçılar müsabiqə yolu ilə seçiləcəklər.

Əsas təlimçi qismində layihəyə rejissor Tərlan Rəsulov dəvət olunub. Dərslər zamanı yerli və xarici peşəkarlar gənclərə aktyor sənətinin sirləri, müasir teatr cərəyanları və aktyor oyunu barədə məlumat verəcəklər. Layihənin yekunu olaraq təlim keçən gənclərin iştirakı ilə sosial mövzuda teatr tamaşası hazırlanacaq və geniş kütləyə təqdim olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/485791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR