Milli Məclisin deputatı Adil Əliyev İtaliyada keçirilən kikboksinq üzrə dünya çempionatında qalib gəlib.
Lent.az-ın modern.az-a istinadən məlumatına görə, bu barədə deputat özü bildirib. A.Əliyev bildirib ki, rinqdə Rumuniyadan olan rəqibini məğlub edərək, dünya çempionu olub .
Xatırladaq ki, İtaliyada kikboksinq turniri keçirilib. Turnirə 35 professional idmançı qatılıb.
Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.