“ABŞ başqa ölkələrin işlərinə müdaxilə etməlidir” – ÇAĞIRIŞ

“ABŞ başqa ölkələrin işlərinə müdaxilə etməlidir” – ÇAĞIRIŞ
11:03 3 Noyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun keçmiş baş katibi, Ukrayna prezidentinin məsləhətçisi Anders Foq Rasmussen ABŞ-ı dünya münaqişələrinə daha aktiv müdaxilə etməyə çağırıb.

Publika.az xəbər verir ki, Rasmussen bu haqda “Sky News”a müsahibəsində deyib.

O, ABŞ prezidenti Barak Obamanı qərarsızlıqda ittiham edib. Rasmussenin sözlərinə görə, Vaşinton hərbi gücü çox həvəssiz tətbiq edir.

“Amerika dünya jandarmı kimi bizə lazımdır. Bizə Amerikanın aydın məqsədi olan qlobal liderliyi lazımdır. ABŞ dünya jandarmı kimi beynəlxalq hüququ və nizamı bərpa etməlidir”, - o, bildirib.

NATO-nun keçmiş baş katibi güman edir ki, başqa ölkələrin işlərinə müdaxilə yoluna qayıtmaqdan başqa yol yoxdur.

“Super dövlətlər təqaüdə çıxmırlar. Dünya atəş içindədir. Müharibə Suriyanı parçalayır. İraq iflas həddindədir. Liviya Şimali Afrikada bacarıqsız dövlətdir”, — o, vurğulayıb.

Prezident Pyotr Poroşenkonun məsləhətçisi Rusiyanı Ukraynaya qarşı təcavüzdə və Şərqi Avropanın qeyri-stabillik yaratmaq cəhdində, Çini isə əzələ nümayişində ittiham edib.

Rasmussen həmçinin respublikaçı Donald Trampın hakimiyyətə gəlişinin mümkünlüyü ilə əlaqədar dərin narahatlığını ifadə edib. Onun fikrincə, belə ssenari son dərəcə təhlükəli ola bilər. NATO-nun keçmiş baş katibi qeyd edib ki, Tramp administrasiyasının hansı siyasəti həyata keçirməyə başlayacağı məlum deyil və bu, bütün dünya üçün təhlükədir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR