"Poqba 120 milyon avro edirsə, bu türk uşağın qiymətini deyin mənə"

"Poqba 120 milyon avro edirsə, bu türk uşağın qiymətini deyin mənə"
11:12 3 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

ÇL-də "Napoli" ilə "Beşiktaş" oyununun ilk qarşılaşmasından sonra bütün İtaliya ""Beşiktaş" "Milan"ı aldatdı, Tolqanı göstərib Sosanı satdı" xəbəri ilə "çalxalanmışdı".

Milli.Az Fotomaç-a istinadən xəbər verir ki, çərşənbə axşamı "Beşiktaş"ın öz meydanında "Napoli" ilə oynadığı 1:1-lik oyunun ardından keçirilən mətbuat konfransında "qonaqlar"ın baş məşqçisi maraqlı açıqlamaları ilə diqqət çəkib.

"Napoli"nin baş məşqçisi: "Ən bəyəndiyim oyunçu Tolqa Arslandır", - deyib.

Günün ən ilginc açıqlaması isə tanınmış futbol şərhçisi Marko Takkoladan gəlib. Takkola İtaliyada qatıldığı idman verilişlərindən birində: "Poqba 120 milyon avro edirsə, bu Tolqanın qiymətini deyin mənə. "İnter" Marioya 40 milyon avro verən zaman bu türk uşağın oyununu izləmişdimi? Bu transferləri kim edir axı?!" - ifadələri ilə "üsyan edib".

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR