Azərbaycan Əfqanıstan üçün Avropaya qapı ola bilər

Azərbaycan Əfqanıstan üçün Avropaya qapı ola bilər
11:17 3 Noyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Lapis lazuli" tranzit dəhlizi üzrə 4-cü texniki görüş keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

15-16 noyabrda keçiriləcək görüşdə Əfqanıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və Azərbaycandan ekspertlər səviyyəsində nümayəndə heyətləri iştirak edəcək.

Qeyd edək ki, "Lapis lazuli" Əfqanıstandan Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Nəqliyyat dəhlizi Türkiyənin magistral yolları ilə də birləşəcək.

Xatırladaq ki, ekspertlər səviyyəsində ötən görüş İstanbulda keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR