ABŞ-da nüvə həyəcanı yaşandı

ABŞ-da nüvə həyəcanı yaşandı
11:22 3 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən nüvə obyektində şübhəli əşya ilə bağlı həyəcan siqnalı verilib.

Milli.Az bildirir ki, bu barədə azvision.az "RT"yə istinadən xəbər verir. 

"Savanna River" Milli Nüvə Laboratoriyası "Facebook" səhifəsində yaydığı məlumatda tualetdən partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapıldığını yazıb. 

Lakin əşyanın tapıldığı məkanda aparılan detallı araşdırmalar zamanı nüvə obyekti üçün təhlükənin olmadığı məlum olub. 

""Savanna River"də verilən həyəcan siqnalı ləğv olunub. Detallı araşdırma zamanı şübhəli əşya təhlükəli hesab olunmayıb və obyekt normal iş rejiminə qayıdıb", - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, ABŞ Energetika Nazirliyinin tabeliyində olan obyekt radiokativ tullantıların saxlanılması, dezaktivasiyası və yenidən emalı ilə məşğul olur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR