Ronald Lauder: "İlham Əliyev öz ölkəsinin böyük lideridir"

Ronald Lauder: "İlham Əliyev öz ölkəsinin böyük lideridir"
11:22 3 Noyabr 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtında "Gələcəyi qoruyaq" adlı Birinci Moskva Beynəlxalq Konfransı keçirilib. Antisemitizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş bu konfransda müxtəlif ölkələrdən olan siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edirdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut da həmin konfransda iştirak edib və forum çərçivəsində Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder ilə görüşüblər.

R.Lauder Azərbaycan haqqında çox səmimi sözlər söyləyib, onu gözəl ölkə adlandırıb və bu yaxınlarda Azərbaycana etdiyi səfəri xatırlayıb. O deyib: "İlham Əliyev əsl praqmatik diplomat və öz ölkəsinin böyük lideri, bu gün dünyada nələr baş verdiyini yaxşı anlayan üç dövlət başçısından biridir".

R.Lauder İsrail-Azərbaycan əməkdaşlığının perspektivləri mövzusuna toxunaraq vurğulayıb ki, bu münasibətlər, heç şübhəsiz, strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsi faktını nəzərə alsaq bizim çox gözəl münasibətlərimiz var. Bu amil ölkələrimizin qarşılıqlı münasibətləri üçün çox vacibdir.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder deyib: "Mən həm Azərbaycan xalqının, həm də Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətini və səmimi münasibətini çox yüksək qiymətləndirirəm və Azərbaycan Prezidentinə səmimi təşəkkürümü bildirmək istəyirəm".

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva qeyd edib ki, müasir, güclü Azərbaycanın siyasəti tolerantlıq və multikulturalizm modeli əsasında qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan sülh və sabitlik, xalqlar və konfessiyalar arasında əməkdaşlıq, qarşılıqlı anlaşma məkanıdır.

Məhsəti Əliyeva deyib: "Bu gün konfransda çıxış edənlərin hamısı dünya dövlətlərinin demək olar ki, çoxunda antisemitizm barədə danışdılar. Antisemitizmin tüğyan etdiyi bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt belə hallar olmayıb, burada yəhudilər həmişə Azərbaycan cəmiyyətinin inteqral hissəsi olublar. Ölkəmizdə böyük yəhudi icması rahat yaşayır, burada yəhudilər həm öz milli bayramlarını, həm də Avropa yəhudilərinin faciəsi ilə bağlı beynəlxalq anım gününü qeyd edirlər. Azərbaycanda 7 sinaqoq, tədrisin yəhudi dilində olduğu 2 orta məktəb və Yəhudi Evi fəaliyyət göstərir. Azərbaycan və yəhudi xalqları həmişə dinc yanaşı yaşama nümunəsi göstəriblər. Yəhudilər Azərbaycanda dövlətin inkişafının müxtəlif sahələrində fəal iştirak edirlər. Təsəvvür edin ki, müsəlman ölkəsində dövlət yəhudi icması üçün sinaqoq inşa edib. Ölkədə yaşayan bütün icmalar kimi, yəhudi icmasına da dövlət tərəfindən hər il maliyyə vəsaiti ayrılır. Bu, dünyada analoqu olmayan bir faktdır. Azərbaycanda dinlərarası konsensus və dialoq dövlət siyasəti səviyyəsinə çatdırılıb və bu sahədə ikili standartlar yoxdur".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri Arye Qut qeyd edib ki, dünya birliyi antisemitizmin dirçəldilməsi faktlarına göz yummamalı və onun yeni formalarına qarşı mübarizəyə hazır olmalıdır.

Arye Qut sonda deyib: "Buna görə biz təkcə yəhudi xalqı qarşısında deyil, eyni tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün xalqlar qarşısında da cavabdehik.

Müstəqil və dünyəvi Azərbaycanda Avropa yəhudilərinin fəlakətinin ağrı-acısı yəhudi xalqı ilə yanaşı, qardaş Azərbaycan xalqının da ağrı-acısıdır. Çünki yəhudilər Azərbaycan ərazisinə bu gün gəlməyiblər, onlar qədim dövrlərdən burada yaşayır, heç vaxt özlərini qərib kimi hiss etməyiblər. Burada onlara heç vaxt özgə kimi münasibət bəslənməyib, buna görə fəxrlə demək istəyirəm: Avropanın bir sıra belə adlandırılan sivil ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə qarşı satqınlıq etməyib, yəhudilər də heç vaxt azərbaycanlılara qarşı satqınlıq etməyib".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR

25 İyul 2017 02:53

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

25 İyul 2017 02:43

Alberta Ferretti-dən yeni kolleksiya - FOTO

25 İyul 2017 02:32

Xiyar, limon, nanə…

25 İyul 2017 02:17

Alimlər Ayda su tapıb? - AÇIQLAMA

25 İyul 2017 02:08

Bakıda partlayış baş verib

25 İyul 2017 01:52

İŞİD başçısının real varislərindən biri İraqda öldürülüb

25 İyul 2017 01:46

Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək

25 İyul 2017 01:42

Həndəsə motivli ev - FOTO

25 İyul 2017 01:32

Antalyada partlayış - Yaralılar var

25 İyul 2017 01:23

Heç vaxt rastlaşmadığınız "sehrli" RESEPT -

25 İyul 2017 01:22

“Qəbələ”nin cavab matçının başlama saatı bəlli oldu

25 İyul 2017 01:14

Azərbaycanda əcnəbilərin uşaqlarının doğumuyla bağlı YENİLİK

25 İyul 2017 01:03

Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərdi

25 İyul 2017 00:53

Pentaqon Türkiyədən izahat tələb etdi

25 İyul 2017 00:49

Qurban Qurbanov: "Ən vacib oyunlarımızdan birinə çıxacağıq"

25 İyul 2017 00:48

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var

25 İyul 2017 00:47

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37

Qaxda yanğın olub

24 İyul 2017 23:37

Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

24 İyul 2017 23:32

Azərbaycanda 44 yaşlı kişi güllələnib

24 İyul 2017 23:32

Oğuzda 44 yaşlı kişi güllələndi

24 İyul 2017 23:29

Bağdadinin real varislərindən biri öldürüldü

24 İyul 2017 23:28

Artıq çəki problemi olanlar üçün çimərlik geyimi modelləri - FOTO

24 İyul 2017 23:27

Trampın kürəkəni etiraf etdi -

24 İyul 2017 23:25

"Barselona"nın planı baş tutmadı

24 İyul 2017 23:22

Alişanın nişanlısı cazibədar fotolarını paylaşdı

24 İyul 2017 23:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTO

24 İyul 2017 23:12

Ancelina, Cennifer və başqa məşhurların gözəllik sirri

24 İyul 2017 23:05

"Panatinaikos"un gündəmindəki futbolçular...

24 İyul 2017 23:05

Rusiya Suriyadakı iki yeni təhlükəsizlik zonasına hərbi polis yerləşdirib

24 İyul 2017 22:58

Eks-mer ABŞ-ın baş prokuroru ola bilər

24 İyul 2017 22:57