“Türkiyəni işğal edin, qan çay kimi axsın!” – ŞOK ƏMR

“Türkiyəni işğal edin, qan çay kimi axsın!” – ŞOK ƏMR
11:23 3 Noyabr 2016
151 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu deyilən səs qeydi dərc olunub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 31 dəqiqəlik səs qeydində Mosul əməliyyatının müvəffəqiyyətsiz olacağından əminlik ifadə olunub və təşkilatın üzvlərinə “Türkiyəni işğal edin!” çağırışı edilir.

“Artıq nifrətinizin atəşini türk əsgərlərinə boşalda bilərsiniz. Türkiyə artıq cihadınızın hədəflərindən birinə çevrilib. Türkiyənin işğal edin və etibarlı hesab etdiyiniz qorxu salın. Gecəni gündüzə çevirin, torpaqlarında dağıntılar törədin, qanın çay kimi axmasını təmin edin!”, - İŞİD lideri deyib.

Səs qeydində təşkilatın “sui-qəsd qrupları”na da çağırış var. O, təşkilatın üzvlərindən “kafir” adlandırdığı Səudiyyə Ərəbistanına hücum etməyi istəyib.

Qeyd edək ki, Bağdadiyə aid olduğu iddia edilən son audioyazı 2015-ci ilin dekabrında yayılıb. Həmin səs qeydində Rusiya və Qərb koalisiyasının İŞİD-i zəiflədə bilməyəcəyi bildirilmişdi. Son məlumatlara görə, İŞİD lideri hazırda İraqın Mosul şəhərindədir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR