Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın ən miniatür kompüteri bioloji virus ölçüsü boydadır

Dünyanın ən miniatür kompüteri bioloji virus ölçüsü boydadır

Date: 3 November 2016 11:35

Son illərdə istifadəçi texnikasının ölçülərinin kiçilməsi tendensiyası müşahidə olunmur. Bu, xüsusilə smartfonlar barəsində nəzərə çarpandır: displeyin diaqonalı yalnız artmağa davam edir. Bununla belə qurğuların daxili komponentlərinin ölçüləri kiçilməkdədir. Kaliforniya Universitetinin mühəndisləri dünyada ən kiçik kompüteri yaradıblar. Sözügedən qurğunun ölçüləri hər bir tərəfdən 50 nanometri ötmür. Bu, təxminən bioloji virus ölçüsündədir.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "sürətli, kiçik və daha enerji effektiv qurğuların tələblərinə uyğun gələn yeni hesablama texnologiyaları nümunələrinə ehtiyacımız var. Adi kompüterdə məlumat və yaddaşın işlənməsi ayrılıb ki, bu da hesablamaların sürətini azaldır. Halbuki məlumatların birbaşa üçölçülü yaddaş strukturunun daxilində işlənməsi daha çox informasiya saxlamağa və sonuncu ilə daha sürətli işləməyə imkan verəcək" – layihənin müəllifi Cina Adam deyib.

Bu texnologiya hələ yeni olduğundan, onun sabitliyi və etibarlılığının artırılması üçün əlavə tədqiqatlar aparmaq lazım gələcək" – o bildirib.

Hələ ki istehsal imkanları belə kompüterləri satışa çıxarmağa imkan vermir. Hazırda müasir texnologiyaların səviyyəsi yalnız belə miniatür qurğuların hazırlanması ilə məhdudlaşır.

Emil Hüseynov



Tags:  Dünyanın miniatür kompüteri bioloji virus ölçüsü boydadır



RƏYLƏR


Top news